Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   4   5   6   7   8   9   10   11   ...   53
mühazirə-hamısı

2.  Anlayışların növləri 

  Müxtəlif hadisələrin beynimizdə inkasından asılı olaraq anlayışın növləri də artıq. Həcm 

və  Məzmun  anlayışın  fundamental  xarakteristikasıdır.  Məzmun  anlayışda  fikirləşilən 

cismin  və  hadisələrin  mühüm  və  ümumi  əlamətləridir.  Yəni,  anlayışda  sadalanan 

əlamətlər predmetin məzmununu təşkil edir. Anlayışın həcmi dedikdə onda əks olunan 

fikir cisimlərdir, və onların məcmusudur. Yəni, "tələbə" anlayışının həcminə bütün tələbə 

fərdləri (türk,azəri,ləzgi,ingilis  və  s.)  daxildir.  Anlayışlar  həcmə  görə  üç  yerə  bölünür. 

Əgər  anlayışın  həcminə  bir  fikir  cismi,  hadisə  daxildirsə  bu  fərdi  anlayışdır  (tək). 

Məsələn: "Yerin təbii peyki Ay", "İsveçrə" və s. Ümumi anlayışların həcminə bir neçə 

predmet və ya hadisə daxildir.  Məs: "ölkə", "canlı","meşə" və s. Məntiqdə sıfır həcmli 

anlayışlar  da  var.  Bunlara  boş  anlayışlar  deyilir.  Məs:  "əjdaha",  "su  pərisi"  və  s. 

Anlayışların  həcmə  görə  bölünməsində  toplayıcı  və  ayırıcı  anlayışlar  da  yer  tutur. 

Toplayıcı  anlayışlar  vahid,  bütövü  təşkil  edən  elementlər toplusunun  fikirdə  inkasıdır. 

Məs: "gül", "ağac", "muzey" və s.  

  Anlayışlar  məzmuna  görə  konkret  və  mücərrədə  bölünür.  Əgər  anlayış  müstəqil 

predmet  və  ya  predmetləri  əks  etdirirsə  konkret,  predmetlər  arasında  əlaqə  ya  da 

predmetin  xassəsini  əks  etdirirsə  mücərrədir.  Məsələn:  "metal"  ,  "ağac",  "respublika" 

konkret, "igidlik", "vicdan", "oxşarlıq", "bərabərlik" və s. mücərrəd anlayışlardır. 

  Anlayışlar hadisələrin məzmununa aid olan əlamətlərin varlığından yoxluğundan 

asılı  olaraq  müsbət  və  mənfiyə  bölünür.  Fikrin  predmetində  hərhansı  hadisənin 

varlığı əks olunursa bu müsbət anlayışdı. Məsələn: "savadlı", "ağıllı", "tənbəl" və s. 

Mənfi anlayışda isə hərhansı əlamət predmetdə yoxdur. Məs: "ağılsız", "savadsız" , 

"təmənnasız" və s. 

  Anlayışda fikirləşilən predimetin mövcudluğunun müstəqil və ya başqa predmetdən asılı 

olmasından  nisbi  və  mütləq  anlayışlar  yaranır.  Əgər  fikirləşdiyimiz  predmetin 

mövcudluğu başqa predmet olmadan mümkün deyilsə bu nisbi anlayışdır.Məs: "ata"  - 

"oğul",  "müəllim"  -  "tələbə",  "Yerin  peyki  Ay"  və  s.  Mütləq  anlayışda  isə  digər 

predmetlərlə əlaqəsi olmayan əşya, hadisələr düşünülür. Məs: "məhkəmə", "cinayət işi", 

"əxlaq" və s. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin