Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   2   3   4   5   6   7   8   9   ...   53
mühazirə-hamısı

 

                                     2. Məntiq və Dil.  

Məntiqin predmetini təşkil edən təfəkkür forma və qanunları özü-özlüyündə 

ideal  xarakter  daşıyır.  Onlar  məhz  dil  vasitəsilə  maddi  forma  kəsb  edir  və  dil 

mətnlərini təhlil etmək yolu ilə öyrənilir. Buradan aydın olur ki, məntiq ilə dil bir-

biri ilə sıx bağlıdır. 



 

Dil  insanlar  arasında  ünsiyyət  vasitəsidir.  O,  həm  də  toplanılmış  biliklərin 

praktiki  təcrübə  və  vərdişlərin  nəsldən-nəslə  ötürülməsində,  təlim  və  tərbiyə 

prosesində  mühüm  rol  oynayır.  Bu  və  ya  digər  informasiyanın  saxlanılmasında, 

emosiyaların  ifadə  edilməsində  və  ümumilikdə  dərk  etmə  prosesində  dilin  rolu 

əvəzsizdir.  Sözün  geniş  mənasında  dil  dedikdə,  informasiyanın  yaradılması, 



qorunub saxlanılması və ötürülməsi funksiyalarını yerinə yetirən, habelə insanlar 

arasında ünsiyyət vasitəsi rolunu oynayan işarə - informasiya sistemi başa düşülür. 

Dil ilə bağlı problemlər semiotika adlanan elm(işarələr sistemlərinin ümumi 

nəzəriyyəsi)  tərəfindən  öyrənilir.  Semiotika  dilə  3  səpkidən  yanaşır:  1)  dilin 

strukturunu,  yəni  dil  işarələri  arasında  əlaqələrin  yaranması  və  dəyişilməsi 

qaydalarını öyrənən sintaksis; 2) dilin interpretasiyasi, yəni dil işsrələri ilə onların 

ifadə  etdiyi  obyektlər  arasında  münasibətləri  araşdıran  semantika;  3)  dilin 

daşıyıcıları olan insanların dilin özünə münasibətində praktiki əhəmiyyət kəsb edən 

tərəfləri (emosional-psixoloji, estetik, maddi və s.) öyrənən praqmatika. 

 

Dillər iki növə  (təbii və süni) ayrılır. Təbii və  ya  milli dil insanlar arasında 



tarixən qərarlaşmış informasiya  işarə sistemini ifadə  edir. Süni dillər isə bu və ya 

digər  elm  sahəsində  istifadə  olunan  yardımçı  işarələr  sistemidir.  Bunlar 

informasiyanı daha qənaətlə və asan yolla ötürmək məqsədi güdür. 

 

Hər  bir süni  dil, müəyyən təbii  dil  və  ya  digər  süni  dildən  istifadə etməklə 



yaradələr. Başqa bir dili ifadə etmək üçün  istifadə olunan  dil-metadil, onun özü isə 

dil-obyekt adlanır. 

 

Qeyd  olunmalıdır  ki,  müasir  elmin  bir  çox  sahələrində  (riyaziyyat,  kimya, 



fizika, hesablama texnikası, kibernetika və s.) süni dillərdən geniş miqyasda istifadə 

olunmaqdadır. Müxtəlif formullar vasitəsilə ifadə olunan süni dil, məntiq elmində 

də  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  elmdə  ondan  fikri  əməliyyatları  təhlil  edərkən 

istifadə olunur. Məntiqdə predikatların məntiqi dili adlanan dil geniş yer tutur. İndi 

həmin dilin əsas tərəflərini nəzərdən kəçirək. 

 

Hər şeydən əvvəl qeyd edək ki, dilin əsasında işarə durur. İşarə dedikdə, digər 



bir  obyekti,  xassə  və  ya  münasibəti  ifadə  edən  və  müəyyən  informasiya  daşıyan 

maddi predmet başa düşülür. İşarələr dil işarələrinə və qeyri dil işarələrinə (surət 

işarələri, əlamət işarəsi, siqnal işarələri və s.) ayrılır: 

 

Məntiqi  dildə  aşağıdakı  semantik  kateqoriyalar  müstəsna  yer  tutur: 



predmetlərin adları, xassələrin adları və cümlələr. 

Ad – hər hansı bir predmeti ifadə edən ayrıca söz və ya söz birləşməsidir. Qeyd edək 

ki, məntiq elmində predmet, sözün ən geniş və ümumi mənasında götürülür, yəni o 

cisimləri,  xassələri,  münasibətləri  və  prosesləri  əhatə  edir.  Onun  tərkibində  təkcə 

maddi  deyil,  həm  də  psixi  fəaliyyətin  məhsullları  daxil  edilir.  Adlar  –  sadə, 

mürəkkəb və təsviri ola bilir. Öz əhatə dairəsinə görə isə adlar xüsusi və ümumi olur. 



 

Hər bir ad ikili xarakter daşıyır. Onun mənası(denotat) və konsepti vardır. 

Birinci, yəni denotat bu və ya digər adın ifadə etdiyi predmetin mənasını göstərir. 

Adın  konsepti  dedikdə  isə  onun  öz  predmet  haqqında  verilən  informasiya  başa 

düşülür. Adın perdmet mənası onundildə necə ifadə olunmasından asılı olmayaraq 

deyişilmir,  sabitdir.  Adın  konsepti isə ifadə formasına  uyğun  olaraq müxtəlif  cür 

olur. Məsələn, 6 rəqəmini müxtəlif şəkildə ifadə etmək mümkündür. Bu halda onun 

denotatı, predmet mənası eyni qalır, lakin onun predmeti ifadə etməsi üsuli-konsepti 

müxtəlif şəkil alır. 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin