B Qeyri B
Bölgü prosesini dəqiq aparmaq üçün bir sıra qaydalara əməl olunmalıdır. 1. Bölgü
mütənasib olmalıdır. Yəni bölgü üzvlərinin ümumi həcmi bölünən anlayışın həcminə
bərabər olmalıdır. 2. Bölgü bir əsas üzrə aparılmalıdır. Yəni bölgü aparılan əlamət bütün
proses boyunca sabit qalmalı, başqa əlamətlə əvəz edilməməlidir. 3. Bölgü ardıcıl surətdə
aparılmalıdır. Yəni arada növ ötürməsi olmamalıdır. Bu cür səhvlərə yol verilməsi
bölgüdə sıçrayış adlandırılır.
|