Mövzu Məntiq elminin predmeti


Hökm cümlə ilə sıx vəhdətdədir



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   13   14   15   16   17   18   19   20   ...   53
mühazirə-hamısı

   Hökm cümlə ilə sıx vəhdətdədir.Cümlə hökmün dildə ifadə olunan  formasıdır.Lakin 

hökm ilə cümlələri tam eyniləşdirmək olmaz.Onlar arasında aşağıdakı fərqlər mövcuddur. 

1)  Hər  bir  hökm  cümlə  olduğu  halda,  hər  bir  cümlə  hələ  hökm  deyildir.Nida  və  əmr 

bildirən,  habelə  sual  bildirən  cümlələr  hökm  deyildir,çünki  onlar  informasiya 

vermir.Professor İ.Andreyev yazır ki, “əgər cümlədə sual və yaxud hər hansı arzu, niyyət 

ifadə olunursa, onda o, ola bilər ki, heç bir hökmü ifadə etməsin”.

2

Lakin İ.Andreyevin bu 



fikri  ilə  razılaşmaq  çətindir,  çünki  ritorik  sual  cümlələri  istisnalıq  təşkil  edir,  onlar 

hökmdür.Məsələn, “Kim öz xalqının keçmişi ilə fəxr etməz?”. 

2)  Hökm öz məzmununa görə ümumbəşəridir.Buna görə də eyni bir hökm müxtəlif milli 

dillərdə bir – birindən fərqli cümlələrdə ifadə olunur. 

3)  Eyni hökm qrammatik cəhətdən müxtəlif cümlə şəklində ifadə olunur. 

4)  Cümlə ilə hökmün tərkibi tam üst – üstə düşməyə bilir.Məsələn, “İşıqlaşır.” 

5)  Cümlə  sabit  qrammatik  formada  olduğu  halda,  vurğu  ilə  onun  ifadə  etdiyi  hökm 

dəyişdirilə bilər. 

İ.Kant  özünün    “Məntiq  elmi”  kitabında  cümlə  ilə  hökmün  fərqini  belə  izah  edir: 

“Mühakimə  cümlədən  fərqlənir;  cümlədə  subyektin  elə  tərifləri  var  ki,  onlar  subyektə 

münasibətdə  ümumilik  xarakteri  daşımırlar.  Məsələn,  "Sezar  Romada  filan  ildə  anadan 

olmuşdur,  Qalliyada  on  illər  müharibə  etmişdir,  Rubikonu  keçmişdir”  və  i.  a.  –  bütün 

bunlar mühakimə yox, cümlələrdir. "Mən bu gün yaxşı yatdım" və ya "Silaha düzlən" və 

i. a. kimi cümlələrin mühakimə forması ala bildiyini təsdiq etmək də tamamilə mənasızdır. 

Yalnız o halda "Karet yaxından keçir" cümləsi mühakimə, məhz subyektiv mühakimə ola 

bilərdi ki, yaxından keçən predmetin karet olduğuna yaxud predmetin və ya onu müşahidə 

etdiyimiz  məntəqənin  hərəkətinə  şübhə  edilsin,  deməli,  yalnız  hələ  müəyyənləşməmiş 

təsəvvür üçün tərif tapmağa can atdıqda sözü gedən cümlə subyektiv mühakimə ola bilər”.

3

 

Bütün bu deyilənlərdən aydın olur ki, hökm ilə cümlə ayrılmaz vəhdətdə olsa da, onların 



biri təfəkkür forması, digəri isə dil vahididir.Ona görə də onlar arasında fərqlər mövcuddur 

və bu fərqlər nəzərə alınmalıdır. 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin