Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   11   12   13   14   15   16   17   18   ...   53
mühazirə-hamısı

Mühazirə-4.

 

Hökm təfəkkür forması kimi.Sadə hökmlər

 

 

                    1. Hökmün ümumi səciyyəsi. 

Bizi əhatə edən obyektiv gerçəkliyi dərk etməyin əsas formalarından biri hökmdür.İnsan 

maddi  aləmi  və  onun  qanunauyğunluqlarını  öyrənərkən  cisimlər  və  onların  əlamətləri 

arasındakı əlaqəni üzə çıxarır və müxtəlif hadisələrdəki münasibəti müəyyən edir.Bu əlaqə 

və münasibətlər bəşər təfəkküründə məfhumların  əlaqəsini ifadə edən hökm formasında 

əks olunur. 

   Hökm – maddi gerçəklikdəki cisim və hadisələrin  hər hansı əlamətini, xassəsini, onların 

başqa 

cisimlərlə, 



hadisələrlə 

əlaqəsini, 

meydana 

gəlməsini 

və 

inkişaf 


qanunauyğunluqlarını təfəkkürümüzdə əks etdirən iqrari, yaxud inkari fikirdir ki, bu fikir 

doğru və yalan ola bilər. 

   Deməli,  hökm  konkret  cisim  və  hadisələr  arasındakı  real  əlaqələri,  münasibətləri  əks 

etdirir.  Məsələn,  “Bakı  şəhəri  Abşeron  yarımadasında  yerləşir”,  “K.Marks  və  F.Engels 

bəşəriyyətin azadlığa çıxması uğrunda birgə mübarizə aparmış möhkəm əqidə dostları idi” 

hökmlərində  real  əlaqələr  əks  olunmuşdur.Birinci  hökmdə  “Bakı”  və  “Abşeron 

yarımadası”  anlayışı  arasındakı  real  əlaqədən,  ikinci  hökmdə  isə  proletariatın  inqilabı 

nəzəriyyəsinin banilərindən olan iki şəxsin əqidə dostluğundan, onların fikirləri arasındakı 

real münasibətlərin eyniliyindən söhbət gedir. 

   Hökmün çox mühüm xassəsi, onun iqrari (təsdiqedici) və ya inkari (rəddedici) formada 

olmasıdır.Məsələn, “Buzqıran gəmilər mövcudur”, “Vəli xalq deputatıdır” hökmləri iqrari, 

“Bəzi adamların ali təhsili yoxdur”, “Mələklər ölümlü deyil” hökmləri isə inkari hökmdür. 

“Məntiq dil haqqında dildir, şeylər və hadisələr haqqında dil deyil”

1

 hökmündə isə biz hər 



iki formadan istifadə edildiyini görürük. 

   Hökmlərin ümumi səciyyəsini verərkən, onların həqiqi və ya  yalan  ola  bilməsi xüsusi 

qeyd olunmalıdır. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin