Xüsusi hökmlər elə hökmlərə deyilir ki,onlarda söylənilən iqrar və ya inkar predmetlər
sinfinin müəyyən qisminə aid olur.Məsələn, “Bəzi təhsil alanlar Azərbaycanlıdır”.
Formulu: “Bəzi S-lər P-dir”, “Bəzi S-lər P deyil”.
Müəyyən sinfə daxil olan bütün predmetlər haqqında nəyisə iqrar və ya inkar edən
hökmlərə ümumi hökmlər deyilir.Məsələn, “Bütün insanlar ölümlüdürlər”, “Heç bir delfin
balıq deyil”. Formulu: “Bütün S-lər P-dir”, “Heç bir S – P deyil”.
Hökmlərin ümumi təsnifatında ayırıcı və istisnaedici hökmlər xüsusi yer tutur.
Ayırıcı hökmlər öz kəmiyyətinə görə fərdi, xüsusi və ümumi olur.Məsələn, “Yanız Cəfər
bu hadisənin şahididir” hökmündə bu hadisənin şshidliyi əlamətinin yalnız Cəfərə məxsus
olduğu göstərilir.Bu, fərdi ayırıcı hökmdür.
Formulu: “Bu S və yalnız bu S – P-dir”.Belə hökmlərdə subyekt və predikat həcm
etibarilə üst-üstə düşür.
Ayırıcı hökmlərin xüsusi növü, haqqında söhbət gedən əlamətin məhz predmetlər
qisminə mənsub olub – olmadığını göstərir.Məsələn, “Yalnız bəzi cinayətkarlar
residivistlər adlanır”.Belə hökmlərdə predikat tam şəkildə subyektin həcminə daxil
olur.Formulu: “Bəzi S-lər və yalnız onlar P-dir”.
Ümumi ayırıcı hökmlərdə subyekt və pradikat həcm etibarilə üst – üstə düşür.Məsələn,
“Bütün cinayətlər və yalnız onlar ictimai təhlükəli hərəkətdir”.
Formulu: “Bütün S-lər və yalnız onlar P-dir”.
Atributiv hökmlərin növlərindən biri də istisnaedici hökmlərdir.Bu hökmlər əlamətin
predmetlərin müəyyən hissəsini istisna etməklə, bütün qalan qisminə aid olub –
olmamasını ifadə edir.Məsələn, “Bütün məhkəmələrdə istintaq işi dövlət sirlərinin
mühafizəsi mənafeyi ilə ziddiyyət təşkil etdiyi hal istisna olmaqla açıq aparılır”.
4
3.Yuxarıda göstərildiyi kimi, hər bir hökmün kəmiyyət və keyfiyyəti vardır, onlar bir –
biri ilə sıx əlaqəlidir.Buna görə də məntiqdə hökmlərin kəmiyyət və keyfiyyətə görə birgə
təsnifatından geniş istifadə olunur.Onun növlərini asan yadda saxlamaq üçün aşağıdakı
hərflərlə işarə olunur:
A – ümumi iqrari, İ – xüsusi iqrari (latınca “iqrar edirəm” mənasını verən “affirmo”
sözünün işarələnmiş saitlərinin adı ilə), E – ümumi inkari, O – xüsusi inkari (latınca
“inkaredici” mənasını verən “neqo” sözünün işarələnmiş saitlərinin adı ilə).
1) Ümumi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda həm ümumiliyi, həm də iqrariliyi əks
etdirir.Məsələn, “Bütün mütallar kimyəvi elementdir”.
Simvolik işarəsi: “Bütün S-lər P-dir”.
1) Xüsusi iqrari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və iqrariliyi ifadə
edir.Məsələn, “Bəzi şəhərlər paytaxtdır”.
Simvolik işarəsi: “Bəzi S-lər P-dir”.
3) Ümumi inkari hökmlər.Bu hökmlər eyni vaxda ümumiliyi və inkarlılığı əks
etdirir.Məsələn, “Heç bir hadisə səbəbsiz deyil”.
Simvolik işarəsi:
“Heç bir S – P deyil”.
4) Xüsusi inkari hökmlər.Bu hökmlər eyni vaxtda xüsusiliyi və inkarlılığı bildirir.Məsələn,
“Bəzi alimlər savadlı deyil”.
Simvolik işarəsi: “Bəzi S-lər P deyil”.
Dostları ilə paylaş: