Anlayışlar arasında olduğu kimi, hökmlər arasında da məntiqi əlaqə mövcuddur. Hökmlər
arasında əlaqə subyekt, predikat və məntiqi bağlayıcıların xarakteriylə müəyyən olunur.
hökmlərdə isə eyni subyekt və eyni predikatlı hökmlərdir. Sadəcə kəmiyyət və keyfiyyətə
görə fərqli olurlar. Belə olduqda onları həqiqi və yalan olmalarını yoxlamaq mümkün
olur. Belə hökmlər uyuşan və uyuşmayan hökmlərə bölünürlər. Uyuşan hökmlərdə
onların məzmunu qismən və ya tamamilə üstüstə düşür. Uyuşmayanda isə bu hal baş
vermir. Uyuşan hökmlər - ekvivalent, tabeli və qismən uyuşan hökmlərə, uyuşmayan
hökmlərsə - əks və zidd hökmlərə bölünür.
Hökmlər arasındakı əlaqəni yadda saxlamaq üçün "məntiqi kvadrat" adlandırılan qrafik
təsvirdən istifadə olunur.
Əks
A E
tabe-
tabe-
li
li
İ
uyuşan
O
Əgər A hökmü doğrudursa o zaman E hökmü yalan olacaq. E doğrudursa, A yalan olacaq.
İ və O-nun yalanlığından A və E nin doğruluğu çıxa bilər lakin əksi ola bilməz. Yəni əgər
A doğrudursa İ doğru olacaq, lakin İ doğrudursa A-nın doğru olduğu hökmən bilinə
bilməz. Bu əlaqə həmçinin E ilə O nun da arasında mövcuddur.
Dostları ilə paylaş: