Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   25   26   27   28   29   30   31   32   ...   53
mühazirə-hamısı

 

              

                 Mühazirə-6. Hökmlərin modallığı

 

                          Plan. 



1.  Modal hökmlər  

2.  Hökmlərin aletik modallığı 

3.  Hökmlərin episdemik modallığı 

4.  Hökmlərin deontik modallığı 

 

                                1.  Modal hökmlər  

 Bu vaxta qədər nəzərdən keçirdiyimiz hökmlər predmetlərin xassələrinin,onlar arasındakı 

münasibələrin  iqrari  və  inkar  edilməsi  ilə  səciyyələnir.Bu,hökmlərin  başlıca 

keyfiyyətidir.Onun əsas informasiyaverici funksiyasını ifadə edir.Bununla yanaşı hökmlər 

bir  sıra  əlavə  informasiya-predmetlər  və  onların  əlamətləri  arasında  əlaqələrin 

       zidd 

                        

 

zidd 




xarakteri,hökmün  əsaslıq  dərəcəsi,qiymətverici,tənzimedici  səciyyəsi,zaman  asılığı  və 

s.haqqında məlumatlar verir. 

Bu 

cür 


əlavə  informasiya  hökmlərin  modallığı(modal  latınca-növ,üsul,ölçü 

deməkdir)adlanır.Həmin 

informasiya 

cümlələrdə 

müəyyən 

sözlər 


vasitəsilə 

bildirilir.Bəzən modallıq qrammatik cəhətdən ifadə olunmur.Bu halda onu fikri təhlil etmə 

yolu ilə aşkar edirlər. 

 Beləliklə,  modallıq,  hökmdə  əks  olunan  real  hadisələr  əsasında  asılığın  xarakteri,  onun 

məntiqi  statusu,  qiymətverici-tənzimedici  və  zaman  səciyyəsi  haqqında  aşkar  və  qeyri-

aşkar verilən əlavə informasiya deməkdir. 

Sadə modal hökmlərin sxemi belə ifadə olunur:M(S-P-dır);M(S-P-deyil).Buradakı M hərfi 

modallıq  bildirən  operatordur.Sadə  modal  hökm  M-operatoru  vasitəsilə  subyekt  və 

predikat arasındakı asılılıq xarakteri haqqında məlumat verir. 

Modal  hökmlər  mürəkkəb  formada  da  ola  bilir.Mürəkkəb  modal  hökmlər  sadə  modal 

hökmlərin  birləşməsindən  yaranır.Mürəkkəb  hökmün  necə  mürəkkəb  modal  hökmə 

çevrildiyini  aşağıdakı  nümunədə  görmək  olar:«Əgər  torpağa  gübrə  verilərsə,onun 

məhsuldarlığı  artır«.Bu  mürəkkəb  hökmə  modallıq  bildirən  sözlər  əlavə  etsək,onda 

aşağıdakı  mürəkkəb  hökmü  alarıq:«Sübut  olmuşdur  ki,torpağa  gübrə  verildikdə,onun 

məhsuldarlığı artır». 

Modallığın  ayrı-ayrı  növləri  məntiq  elminin  müxtəlif  bölmələrində  öyrənilir:«Normalar 

məntiqi»,«Vaxt məntiqi»,«Qiymətvermə(aksioloji) məntiq» və s. 

Öz intevsivliyinə və təzahür etmə dərəcəsinə görə dəyişən modallığı ferqləndirmək üçün 

aşağıdakı üçölçülü bölgüdən istifadə olunur: müsbət , orta və mənfi.Bunlardan birinci və 

üçüncü güclü,ikincisi isə orta(zəif) qiymətli səciyyə hesab olunur. 

 

                               2.  Hökmlərin aletik modallığı 



Aletik (yunanca həqiqi,zəruri deməkdir) modallıq hökmün subyekti və predikat arasındakı 

məntiqi asılığı və ya onun əks etdirdiyi hadisələrin faktik asılığı «Zəruri» və ya «mümkün 

olan» sözləri vasitəsilə ifadə edir. 



Aletik  modallıq  hökmün  subyekti  və  predikatı  arasındakı  məntiqi  əlaqələri  və  yaxud 

hadisələr  arasındakı  faktiki  asılığı  ifadə  etməsinə  uyğun  olaraq,iki  yerə  ayrılır:məntiqi 

modallıq,faktiki modallıq. 

 Məntiqi  modallıq  adından  göründüyü  kimi,hökmlərin  quruluşu  və  formasına  əsasən 

onlarən  həqiqiliyi  və  yalanlığını  aşkar  edir.Bu  mənada  məntiqi  qanunlara  uyğun  gələn 

hökmlər məntiqi həqiqi (işarəsi-M-h),daxilən ziddiyyətli hökmlər isə məntiqi yalan (işarəsi 

–M-y)  hesab  olunur.Məsələn,PV-P  hökmü  məntiqi  həqiqidir,çünki  üçüncünü  istisna 

qanunu ifadə edir. 

Faktiki modallıq hökmlərin həqiqiliyinin faktiki şərtlənməsi ilə,yəni onların əks etdirdiyi 

hadisələrin real həyatda vəziyyəti ilə bağlıdır.Əgər hökmün terminlərin arasındakı əlaqələr 

real  predmetlər  arasındakı münasibətlərə  uyğun  gəlirsə,  o  faktiki  həqiqi,uyğun  gəlmirsə 

,faktiki yalan hökm hesab olunur. 

Hökmlərin  faktiki  modallığı  zəruri-təsadüfi  və  mümkün,qeyri-mümkün  sözləri  ilə  ifadə 

olunur. 


Hökm  elmin  qanunları  haqqında  informasiya  verirsə,o  faktiki  zəruri  hesab  olunur.Bu 

hökmlərin simvolik yazılışı açağıdakı kimidir:«S zərurən P-dir» və ya «S zərurən P-deyil». 

Zərurət hökmləri müsbət və ya mənfi səciyyə daşıya bilir.Birinci halda zərurət operatoru 

hökmün  iqrariliyinə  aid  olur.İkinci  halda  isə  həmin  operator  hökmün  inkariliyini 

bildirir.Zəruri həqiqi və zəruri yalan hökmlər birlikdə faktiki zəruri hökmlər sinfini təşkil 

edir. 


Bütün  yerdə  qalan  faktiki  hökmlər  təsadüfi  hökmlərə  aiddir.Beləliklə  faktiki  təsadüfi 

hökmlər elmin qanunları haqqında informasiya vermir,onların həqiqi və ya yalan olması 

konkret empirik şəraitdən asılı olur. 

Təsadüfi  hökmlər  zəruri  hökmlər  sinfinin  əlavəsidir.Buna  görə  də  təsadüfini,zərurinin 

inkarı vasitəsilə ilə müəyyən etmək olar.Təsadüfi hökmlər zərurən yalan və bununla yanaşı 

zərurən doğru olmayan hökmlərdir. 

                                3. Hökmlərin  episdemik modallığı 

Episdemik  (yunanca  epistema  sözündəndir,mənası  heç  bir  şübhə  doğurmayan,  yüksək 

dərəcədə  dəqiq  bilik  deməkdir)  modallıq  hökmdə  ifadə  olunan  biliyin  qəbul  olunma 

səviyyəsini və əsaslılıq dərəcəsini göstərir. 




Başqaları  tərəfindən  irəli  sürülmüş  mülahizələrin  qəbul  olunması  səviyyəsi  bir  çox 

amillərdən  asılıdır.Onların  sırasında  məntiqdən  kənar  amillər  və  məntiqi  amillər  qrupu 

xüsusi  yer  tutur.Məntiqdən  kənar  amillərin  (rəy  sahibinin  nüfuzu,praqmatik 

mənafe,ənənələr,ictimai və siyasi təlqin etmə və s.) təsiri bir qayda olaraq elm ilə ziddiyət 

təşkil edir.Bu təsir sistemli şəkildə özünü  göstərdikdə,özgəsinin rəyini kor-koranə qəbul 

edilməsinə və bu əsasda da kortəbii doqmatik etiqadların formalaşmasına gətirib çıxarır.Öz 

sosial istiqamətinə görə etiqadlar(inamlar) müsbət (məsələn haqq  işinə,ədalətə inam) və 

mənfi  (məs,dini  fanatik  inam)  olur.Epistemik  status  baxımından  yanaşdıqda  isə  hər  cür 

inam özgəsinin (həqiqi və ya yalan,mütərəqqi və ya mürtəce) rəyini kor-koranə, məntiqi 

süzgəcdən keçirmədən qəbul olunması ilə səciyyələnir.Əgər inamı U operatoru ilə işarə 

etsək,onda inam sxemi belə olar:U (p).Oxunuşu «P inam əsasında qəbul olunur». 

Məntiqi  amillərin  təsiri  dedikdə  bu  və  ya  digər  doğru  və  ya  yalan  mühakimənin  başqa 

hökmlərlə  əsaslandırılmış  olması,yəni  onun  məntiqi  nəticə  kimi  qəbul  edilməsi  başa 

düşülür.Belə  əsaslandırılmış  hökmlər  elmi  xarakter  daşıyır.Onlar  episdemik  bilik  hesab 

olunur. 

Öz  əsaslılıq  dərəcəsinə  görə  hökmlərin  bir-biri  ilə  kəsişməyən  iki  sinfini 

fərqləndirirlər:mötəbər (dəqiq) hökmlər, və problematik hökmlər. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin