Mövzu Məntiq elminin predmeti


burada  da  məntiqi  ziddiyyət  ola  bilməz



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   32   33   34   35   36   37   38   39   ...   53
mühazirə-hamısı

burada  da  məntiqi  ziddiyyət  ola  bilməz.  Məsələn,  deyə  bilərik  ki,  "Tələbə  M. 

Hikmət məntiqi yaxşı bi-lir, Çünki onun biliyi lazımı tələblərə cavab verir", yaxud 

"Tələbə M. Hikmət məntiqi pis bilir". 



Formal məntiqin qanunlarından heç biri ziddiyyət qanunu kimi kəskin tənqidə 

məruz qalmamışdır. Bu tənqid onunla bağlıdır ki, bir çox məntiqçilərin zənnincə, bu 

qanun  guya  dialektikanın  əksliklərin  vəhdəti  və  mübarizəsi  qanununu  aradan 

qaldırır,  onunla  ziddiyyət  təşkil  edir.  Bəzi  filosofların  fikrincə,  bu  qanun 

təfəkkürdəki  ziddiyyətləri  də  aradan  qaldırır,  gerçəklikdəki  ziddiyyətləri  də inkar 

edir. Məsələnin mahiyyəti heç də belə deyildir. Aydındır ki, ziddiyyətlər haqqında 

təlim  dialektikanın  nüvəsidir,  əksliklərin  vəhdəti  və  mübarizəsi  qanunu  hər  cür 

hərəkət  və  inkişafın  mənbəyidir.  Ziddiyyətlər  cürbəcürdür,  onları  eyniləşdirmək 

yanlış fikirdir. Söhbət iki cür ziddiyyətdən  (1. Real, 2. məntiqi)  gedə bilər. Real 

ziddiyyətlər  inkişafın  mənbəyi  olan  canlı  həyatın  və  ya  gerçəkliyin  özündən 

obyektiv  surətdə  irəli  gələn  ziddiyyətlərdir.  Əməklə  kapital,  istehsalın  ictimai 

xarakterilə  mənimsəmənin  xüsusi  forması  arasındakı  ziddiyyət  realdır,  şüur  və 

təfəkkürümüzdən  asılı  deyildir.  Təfəkkürdə  buraxılan  səhvlər  isə  məntiqi 

ziddiyyətlərə aiddir. Buna çox vaxt subyektiv, formal-məntiqi ziddiyyətlər də deyilir 

ki,  bunlar  gerçəkliyin  analoqu  deyildir.  Məntiqi  ziddiyyətlər  təfəkkürün  inkişaf 

qanunların pozulması nəticəsində yaranır, bunlar gerçəkliyin xassə və əlaqələrinin 

beynimizdə  inikası  deyildir  və  sün'i  səciyyə  daşıyır.  Bu  qanun  onu  tələb  edir  ki, 

gerçəkliyin  dərkində  insan  yanlışlıqlara,  səhvlərə  yol  verməməlidir,  real  həyatın 

xassələrini, qanunauyğunluqlarını təfək-kürdə düzgün əks ctdirməlidir. İnsan canlı 

həyatın ziddiyyətilə mühakimədəki  ziddiyyəti   (sözdəki   uydurma   ziddiyyəti) 

fərqləndirməyi  bacarmalıdır.  Mühakimə  prosesində  məntiqi  ziddiyyətlərə  yol 

verilərsə,  onda  insan  gerçəkliyi  dolğun  əks  etdirə  bilməz.  Düzgün  məntiqi 

mühakimə  prosesində  "nə  iqtisadi,  nə  də  siyasi  təhlildə  məntiqi  ziddiyətə  yol 

verilməməlidir".  Ancaq  ziddiyyətsiz  təfəkkür  dialektik  ziddiyyətləri  düz-gün  əks 

etdirə bilər. Əgər fikirdə buraxılan ziddiyyətlər predmet və hadisələrə xas deyilsə, 

onu məntiqi mühakimənin gedişində aradan qaldırmaq mümkündür. 

Elmi ədəbiyyatda belə bir yanlış fikrə do rast gəlirik ki, guya məntiqi qanunlar 

hadisələrə aiddir. Bu cür metafizik baxışların diqqətində duran əsas məsələ  - real 

ziddiyyətləri hər vəchlə inkar etməkdir. Əslində bu qanunlar təfəkkürün inkişafının 

hər bir mərhələsində, hər bir elmi sistemin formalaşmasında məntiqi ziddiyyətlərə 

yol verilməməsini tələb edir. 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin