Mövzu Məntiq elminin predmeti


ZİDDİYYƏTSİZLİK VƏ  ÜÇÜNCÜ  İSTİSNA QANUNU



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   30   31   32   33   34   35   36   37   ...   53
mühazirə-hamısı

 

2.ZİDDİYYƏTSİZLİK VƏ  ÜÇÜNCÜ  İSTİSNA QANUNU 


Əvvəlki  səhifələrdə  qeyd  etdiyimiz  kimi,  düzgün  təfəkkürün  əsas 

xassələrindən məhrum olan hər bir mühakimə prosesi yanlış nəticələrə aparıb çıxara 

bilər. Bunun üçün də bu xassələrin idrakda düzgün tətbiqi əsas məsələdir. Predmet 

və hadisələrin inkişaf prosesini dərk etmək hər cür hərəkət və inkişafın mənbəyi olan 

daxili ziddiyyətlərin mübarizəsini aşkara çıxarmaq deməkdir. Biz inkişaf prosesində 

köhnə ilə yeni, müsbət və mənfi arasındakı ziddiyyətlərin mübarizəsini anlamaqla, 

təfəkkürdə real ziddiyyətləri aşkara çıxarırıq, fikirdə ziddiyyətlərə yol verməməyə 

çalışırıq. 

Ziddiyyət qanununun mahiyyəti belədir: bir-birilə müqayisə olunmayanı iki 

hökm (eyni vaxtda, eyni mənada və münasibətdə bir-birinə zidd olan) eyni zamanda 

həqiqi ola bilməz, son nəticədə bunlardan biri yalan olmalıdır. 

Qanunu formula ilə belə yazmaq olur: 

M - qeyri - M - deyildir. 

Aşağıdakı  hökmləri  nəzərdən  keçirək:  "Azərbaycan  Respublikası  bazar 

iqtisadiyyatı  yolu  ilə  gedir"  və  "Azərbaycan  bazar  iqtisadiyyatı  yolu  ilə  getmir". 

Bunlardan  biri  doğru,  digəri  yalandır.  Burada  fikrin  yalanlığını  bu  qanun  yox, 

praktika  və  konkret  tədqiqat  prosesi  müəyyənləşdirir.  Fikrin  ardıcıllığı  düzgün 

təfəkkürün  əsas  xassəsi  olmaqla,  ziddiyyət  qanununda  ifa-də  olunur.  Konkrct  bir 

hökmdə  müəyyən  xassə,  əlamət  iqrar  olunursa,  başqa  bir  cəhətdən  inkar  edilirsə, 

onda bunlar bir-birinə zidd hökmlərdir. 

Ziddiyyət qanununun tələbi odur ki, əşyaların özlərinin obyektiv xassələrini 

fikirdə  düzgün  əks  etdirsin.  Deyildiyi  kimi,  hər  cür  predmet  keyfiyyətcə 

müəyyəndir,  bu  о  deməkdir  ki,  hər  bir  predmetin  özünəməxsus  xassələri  vardır. 

İnsanlar  öz  fəaliyyətləri  prosesində  bu  qanunauyğunluğu  üzə  çıxarmış  və  onu 

düzgün təfəkkürün struktur xüsusiyyətlərinin formalaşmasında ifadə etmişlər. Əgər 

gerçəkliyin özündə hər bir predmet eyni zamanda eyni xassəyə malik olmasa, yaxud 

olsa,  fikrin  həqiqiliyindən  söhbət  gedə  bilməz,  hökmün  məntiqi  forması 

predmetlərin obyektiv qayda və əlaqələrinin inikasıdır. Belə bir cəhəti də yaddan 

çıxarmaq  olmaz  ki,  bu  qanun  müəyyən  sərhədlərdə  fəaliyyət  göstərir,  yəni  bütün 

hökmlərdə deyil, uyuşmayan hökmlər arasında tətbiq olunur. Biz hökmlər arasındakı 

münasibətin təhlilindən yaxşı bilirik ki, uyuşmayan hökmlər odur ki, bunların hər 

ikisi eyni vaxtda həqiqi olmur (A və E arasındakı əlaqəni yada salaq). Uyuşmayan 

hökmlərin iki növünü (1. əks, 2. zidd hökmlərdir: A və E; A və О; E və Y arasındakı 

əlaqə) göstərmək olar. Məsələn, "Hər bir hüquqi norma müəyyən hüquq institutuna 

aiddir"  -  "Heç  bir  hüquqi  norma  müəyyən  hüquq  institutuna  aid  deyil".  Zidd 

hökmlərə  aid  nümunə:  "Bütün  dövlət  hakimiyyəti  orqanlarının  qanunlar  və 

sərəncamlar vermək hüquqi vardır" - "Bəzi dövlət hakimiyyəti orqanlarının qanunlar 

və  sərəncamlar  vermək  hüququ  yoxdur".  Gətirilən  nümunələrdən  görünür  ki,  bu 

qanun  məntiqi  cəhətdən  iki  uyuş-mayan    hökmlərdən  birinin  yalan  olduğunu 



göstərir.  Bu hökmlərdən hansının yalan olduğunu isə konkret tədqiqat prosesi və 

praktikada  yoxlamış  həll  edir.  Qanun  isə  onu  göstərir  ki,  uyuşmayan  hökmlərin 

birinin  həqiqiliyindən  digərinin  yalanlığı  zərurətlə  çıxarılır.  Burada  bir  cəhətə  də 

diqqət yetirmək olar ki, iki əks hökmün hər ikisi yalan ola bilər, lakin zidd hökmlərdə 

buna yol verilmir. Əks hökmlərin ikisinin yalanlığından üçüncü bir hökmü çıxarmaq 

mümkündür. Bunların ikisi də yalandır, onda üçüncü hökm doğru olacaqdır. "Bəzi 

canlılar təfəkkürlüdür". Bu qanunu müxtəlif hökmlərə о vaxt tətbiq etmək olur ki, 

eyni xassə haqqında eyni vaxtda, eyni münasibətdə söhbət getsin. Əgər eyni predme-

tin müxtəlif xassələri haqqında və müxtəlif vaxtlarda söhbət gedərsə, əks fıkirlərin 

hər  ikisi  də  doğru  olur.  Məsələn,  "Əmtəənin  istehlak  dəyəri  vardır",  yaxud 

"Əmtəənin mübadilə dəyəri vardır". Və yaxud "Daşkəsən mədənçiləri respublikada 

qabaqcıllar  sırasındadır".  "Daşkəsən  mədənçiləri  dövlət  planını  axırda  yerinə 

yetirdilər". Burada eyni prosesin  əlamətlərindən söhbət gedir, bunlar biri digərini 

inkar  etmir.  Bu  cür  nümunələrdən  çox  gətirmək  olar.  Predmet  və  hadisələr 

dəyişdiyinə və inkişaf etdiyinə görə, onların inikası olan fikir də dəyişir, inkişaf edir. 

Belə bir nümunəni nəzərdən keçirək: "M-in bu fəlsəfi əsəri yüksək elmi-metodoloji 

səviyyədə yazılmışdır". "M-in bu fəlsəfi əsəri zəifdir". Bu hökmlərin ikisi də doğru 

ola bilər, çünki M-in bilik səviyyəsinə müxtəlif münasibətlərdən yanaşılır. 

Adətən  zidd  fikirlər  odur  ki,  bunların  birində  iqrar  olunan  xassə  digərində 

inkar olunur. Fikrin bu cür forması xalq arasında qarışıq, dolaşıq, məntiqsiz fikir 

kimi nəzərdən keçirilir. Fikirlər arasındakı uyuşmazlıq, ziddiyyət məntiqi ziddiyyət 

adlanır,  ona  görə  do  uyuşmayan  hökmləri  eyniləşdirmək  olmaz.  Təfəkkürdə 

buraxılan səhvlərin qarşısını almaq məqsədilə müəyyən qaydalar və şərtlər vardır ki, 

hər bir mühakimə prosesində ona əməl olunmalıdır. Bunlardan bir neçəsini nəzərdən 

keçirək: 1. Əgər biz bir cismə bir əlamətin olmasını aid ediriksə, eyni zamanda 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin