Mövzu Məntiq elminin predmeti


  Anlayışlar arasında münasibətlər



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   5   6   7   8   9   10   11   12   ...   53
mühazirə-hamısı

3.  Anlayışlar arasında münasibətlər 

 

Anlayışlar arasındakı əlaqəni nəzərdən keçirərkən onları məzmuna görə iki qrupa 



(müqaisəedilən və müqaisəedilməyən) bölürlər. İkinci qrup anlayışlar arasında ümumi 

əlamət olmur. Lakin birinci qrup anlayışlarda müəyyən oxşar xassələr mövcud olur. Belə 

anlayışlar özü də 2 yerə: uyuşan və uyuşmayan anlayışlara bölünür.  

Uyuşan  anlayışların  həcmi  tamamilə  və  ya  qismən  bir-birinə  uyğun  gəli.  Uyuşmayan 

anlayışların həcmləri isə tamamilə bir-birinə uyğun gəlmir, müxtəlif həcmli olur. 

Uyuşan anlayışlar 3 cür olur: eynimənalı, kəsişən və tabeli anlayışlar.  

Eynimənalı  anlayışlarda  eyni  bir  predmet  düşünülür.  Yəni  anlayışların  məzmununda 

fərqlər  olsa  da  onlar  həcm  etibarilə  tamamilə  eynidirlər.  Məsələr:  "tarixin  atası"    və 

"Herodot", "Yerin peyki" və "Ay" və s. 

Kəsişən  anlayışlar arasındakı əlaqə elədir ki, onların məzmunu müxtəlif olsa da həcmləri 

qismən  bir-birinə  uyğun  gəlir.  Məsələn:  "Azərbaycan  parlamentinin  üzvü"  və 

"hüquqşünas" , "idmançı" və "azərbaycanlı" və s. 

Tabeli  anlayışlar.  Anlayışlardan  birinin  həcmi  tamamilə  digərinin  həcminə  daxil  olur, 

onun bir hissəsini təşkil edir. Məsələn: "cinayət" və "quldurluq", "canlı" və "insan" və s. 

Uyuşmayan anlayışlar da üç yerə bölünür: Müştərək tabeli, zidd və əks münasibətlər. 

Müştərək tabeli münasibətlərdə bir geniş həcmli anlayışa 2 və daha çox çarpazlaşmayan 

anlayış  tabe  (daxil)  olur.  Məsələn  "unitar  dövlət  konstitutsiyası"  ilə  "federativ  dövlət 

konstitutsiyası" birlikdə "konstitutsiya" anlayışına daxildir və kəsişmirlər. 

Zidd  münasibətdə  iştirak  edən  anlayışların  birində  olan  predmet  və  hadisələrin  bəzi 

əlamətləri  digərində  istisna  olunur  və  əvəz  edilmir.  Məsələn:  "metallar"  və  "qeyri-

metallar", "ağac" və "qeyri-ağac" və s. 

Əks  münasibətdə  isə  anlayışlardan  birində  mövcud  olan  predmet  və  ya  hadisələr 

digərində  inkar  edilir,  başqa  əlamətlərlə  əvəz  olunur.  Məsələn:  "soyuq"  və  "isti", 

"nəhəng" və "cırtdan" və s. 

Anlayışlar üzərində məntiqi əməliyyatlar aparmaq mümkündür. Bu əməliyyatlardan biri 

də  anlayışları  məhdudlaşdırmaq  və  ya  ümumiləşdirməkdir.  Bu  iki  əməliyyat  təfəkkür 

prosesində çox işlədilir.  

Anlayışın ümumiləşdiriliməsi həcmcə kiçik, lakin məzmunca geniş anlayışdan həcmcə 

geniş, amma məzmunca kiçik anlayışa keçmək deməkdir. Ümumiləşdirilmənin son həddi 

fəlsəfi  kateqoriyadır.  Məsələn:  "Cəfərin  saat  oğurluq  işi"  -  "oğurluq  işi"  -  "cinayət"  - 

"hüquq pozuntusu" - "cəmiyyət üçün təhlükəli hadisə".  

Anlayışın məhdudlaşdırılmasında isə bir həcmcə böyük anlayışdan həcmcə kiçik anlayışa 

keçirik.  Məhdudlaşdırmanın  son  həddi  fərdi  anlayış  olur.  Məsələn:  "varlıq"  -  "canlı 

varlıq" - "insan" - "alim" - "yunan alimi" - "Analitika əsərinin müəllifi". 

Bu əməliyyatlar fikrin dəqiqləşməsinə, onun daha müəyyən və ardıcıl olmasına kömək 

edir. 



  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin