Onlayn mətnləri oxuyarkən müəyyən məsələlər və incə məqamlar İnformasiya tərtibatçısı Yakob Nielsen (1997) qeyd edir ki, veb-səhifələrin necə dizayn edilməsinə cəlb edilmiş veb oxucuları haqqında bir neçə xüsusiyyətləri qeyd edir. Onun qeyd etdiyinə görə, insanlaer çap olunmuş kağızları kompüter monitorundan 25 % sürətlə oxuyur, çünkü komputer ekranından oxumaq gözləri həddən artıq yorur.O, həm də onu qeyd etmişdir ki, insanlar ümumiyyətlə veb-səhifədən daha az oxuyurlar.İnsanlar oxumaq əvəzinə digər linkə(bağlantıya ) keçməzdən əvvəl ,həmin səhifəyə keçməyin səmərəli olub-olmadığını müəyyənləşdirmək məqsədilə, hər bir yeni səhifəni daha sürətlə gözdən keçirirlər. Yakob Nielsenin nəzəriyyələri veb-dizaynı sahəsinə müəyyən nüfuz edərək, sözlərin sayılması, ənənəvi yazıdan daha az olmasını (), əsas sözləri işıqlandırmaqla, yarımbaşlıqları və qara nöqtələrlə verilmiş sözlərin öyrənilməsinə gətirib çıxarır.
Internetdən istifadə edən oxucu İnternetdə oxu şagirdlər qarşısında müəyyən öhdəliklər yaradır (Şchmar-Dobler, 2003). Öz axtarışlarını məhdudlaşdıra bilməyən şagirdlər çoxlu sayda məlumat əldə edəcəklər və sonradan müəyyən süzgəcdən keçirmək üçün onların kifayət qədər materialı olacaqdır. Əksər veb saytların axtarışda olan mövzularla bağlı əlaqələri var, bu əlaqələr diqqəti az olan şagirdlər üçün yayındırıcı ola bilər. Qrafiklər və digər səciyyəvi xüsusiyyətlər diqqətlərini cəmləşdirə bilməyən şagirdlər üçün də yayındırıcı ola bilər. Digər həlli vacib məsələ veb səhifənin daima dəyişməkdə olan xüsusiyyətidir. Çap olunmuş məlumat mənbələrindən fərqli olaraq, veb resursları tez-tez çıxarılır, yeniləşir və yaxud da dəyişdirilir.
İnternet Müəllimi Bütün fənlər üzrə olan müəllimlər veb resurslardan istifadə etməyə başlayıblar. Belə məlumatın oxunmasını bilmək vacibdir və o, dərsliklərin oxunmasından fərqli olan şagirdlər qarşısında müəyyən öhdəliklər yaradır. Sinif müəllimləri kitabxana, mediya mütəxəssislərindən bu bacarıqlar tələb edildiyindən bir-birləri ilə əməkdaşlıq etməlidirlər.Müəllimlər müəyyən tapşırıqlar tərtib etməlidirlər, çünki bu tapşırıqlarda oxu və əsaslandırma tələb olunur ki, bu da elektron resurslardan plagiat məqsədilə istifadə olunması bacarığının minimallaşdırılmasına gətirib çıxaracaq. Buna əlavə olaraq, veb saytda verilən məlumatın qiymətləndirilməsi meyarları şagirdlərə öyrədilməli və onlar xüsusi veb resurslu məlumatın digər məlumatdan seçilməsi üçün öz əsaslarını dürüstləşdirməyi bacarmalıdır.