Aşağıdakılar ənənəvi oxu ilə strateji oxunun fərqlərini göstərir.Oxunun aşağıdakı modelləri vardır: I.Ənənəvi oxu 1.Oxu tapşırığı verilir 1.oxudan əvvəl 2.Müstəqil oxu 2.oxu zamanı 3.Oxu materialının əxz edildiyini yoxlamaq üçün müzakirələrin aparılması və tapşırıqların yerinə yetirilməsi 3.oxudan sonra II Strategiya ilə oxu 1.Başlıqla tanışlıq, fərziyyələr irəli sürmə, düşünmə və məqsədi müəyyənləşdirmə:
Burada söhbət nədən gedə bilər?Mən bu haqda nə bilirəm?Bu mətni oxumaqda məqsədim nədir? 1.oxudan əvvəl 2.Idarə edilən , fəal, sakit oxu 2.oxu zamanı 3.Oxuduğu mətn üzərindədüşünmək:ideyadan nəticə çıxarmaq, özünüqiymətləndirmək 3.oxudan sonra Mətni strategiya ilə oxuyan 4 qrup oxucu vardır:
I qrup oxucu
Tanıdığı sözləri avtomatik oxuyur;
Tanıdığı sözlər vasitəsi ilə mətnin mənasını dərk edir;
Mənanı simvollarla ifadə edir;
Məzmundan çıxış edərək sözlərin mənasını müəyyənləşdirir;
Mətnin janrını tanıyır;
Oxunun təşkili formalarını fərqləndirir;
Hekayənin elementlərini fərqləndirir;
Mətni nəzərdən keçirir, onun forma və xüsusiyyətlərindən (xəritə, qrafik, illyustrasiya, şəkil) məzmunu əxz etmək məqəsdi ilə istifadə edir.
II qrup oxucu
Tanıdığı sözlərin yeni mənasını öyrənir;
Oxu məqsədini müəyyən edir;
İlkin bilikləri ilə əlaqələndirir;
Oxudan əvvəl, oxu müddətində və oxudan sonra suallar verir;
Oxudan əvvəl irəli sürdüyü fərziyələri oxu müddətində yoxlayır;
Oxuduqlarını müxtəlif formalarda vizuallaşdırır;
Mətndən nəticələr çıxarır;
Öz oxusu üzərində düşünür
III qrup oxucu
Tanış və yeni anlayışları ifadə edən yeni sözləri öyrənir;
Müəllifin üslubu barədə məlumata malikdir;
Müxtəlif yazı üslubları haqqında bilikləri var;
Mövzu ilə bağlı şərhləri əsas ideya ilə əlaqələndirir;
Nəticələr çıxarır və dəstəkliyici məlumatlarla onları əsaslandırır;
Oxunmuş məlumatları ümumiləşdirir;
Mətni real həyat problemləri ilə əlaqələndirir;
Yeni idayaları daha geniş müstəvidə əlaqələndirir.
IV QRUP OXUCU
Sözlərdən istifadənin səmərəliliyi ilə bağlı fikirlər yürüdür;
Fikirlərini əsaslandırmaqla mətnə münasibət bildirir;
Müxtəlif mənbələrdəki məlumatlardan istifadə edərək yeni ideyalar irəli sürür;
Mətndən əldə etdfiyi nəticələri digər şəraitlərdə istifadə edir;
Mətni və müəllifi suallar qarşısında qoyur?
Məsələ ilə bağlı müxtəlif mövqeləri yoxlamaq üçün öz mövqeyini dəyişir, problemə həmin mövqelər baxımından yanaşır;
Müxtəlif mədəniyyətlərdə üstünlük verilən məsələləri və maraqları tanıyır.
Mətni öz təcrübəsi, başqa mətnlər və real həyatla əlaqələndirir.