Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mülki müdafiə Qanunu haqqında anlayış



Yüklə 0,67 Mb.
səhifə2/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
2. Mülki müdafiə Qanunu haqqında anlayış.
Azərbaycan Respublikasının MM haqqında Qanunu – MM-nin hüquqi əsasını və prinsiplərini müəyyən edir, MM sahəsində icrimai münasibətləri nizama salır. Qanunda Respublikada MM-nin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların MM üzrə hüquq və vəzifələri müəyyən edilmlşdir.
Qanun 21 maddədən ibarətdir. Qanunda Respublika MM-sinin mahiyyəti belə müəyyənləşdirilir:
“Azərbaycan Respublikasının MM-si sülh və müharibə dövrlərində əhalinin və ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət hakimiyyət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir”.
Mülki müdafiə Sistemi (MMS) – MM-nin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərin məcmusudur.
Fövqəladə hal - insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya cəbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və digər fəlakət nəticəsində yaranan vəziyyətdir.
Fövqəladə halların qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.
Fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması – insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, FH-in yayılmasının qarşısının alınmasına yönəldilmiş və FH-lər zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
MM üzrə dövlət funksiyasıı Azərbaycan Respublikasının FH Nazirliyi yerinə yetirir. O, sülh və müharibə dövrlərində respublikanın bütün ərazisində MM tədbirlərinin yerinə yetirilməsini təşkil edir

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin