2. İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri.
3. İdarəetmə məntəqələrinin növləri.
4. MM qərargahları. MM qərargahlarının əsas vəzifəsi.
5. MM sistemində rabitə və xəbərdarlığın təşkili
6. MM siqnalları və əhalinin davranış qaydaları.
1. Mülki müdafiə üzrə idarəetmə Sülh və müharibə dövrlərində mühafizə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – MM quvvələrinin düzgün idarə edilməsidir.
İdarəetmənin mahiyyəti MM rəhbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən ibarətdir. MM-nin idarə edilməsi üzrə vəzifələr aşağıdakılardır:
- MM tədbirlərinin və dəstələrinin fəaliyyətinin əvvəlcədən planlaşdırılması, bu planların mütəmadi olaraq dəqiqləşdirilməsi;
- Sülh və müharibə dövrlərində FH-lar baş verərkən vəziyyət barədə məlumatların fasiləsiz olaraq toplanması və öyrənilməsi;
- Fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması;
- Qarşılıqlı fəaliyyətin təşkili və görülməli işlərin hərtərəfli təmin və təchiz olunması;
- İş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət və onlara lazımi yardım göstərilməsi;
- MM dəstələrində və qərargahlarında şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatının saxlanılması.
Mülki müdafiə - MM rəhbərinin qərarına əsasən idarə edilir. Qərar qəbul etmək mürəkkəb, həm də məsuliyyətli işdir və MM rəhbərinin əsas vəzifəsidir. MM rəhbəri tərəfindən qəbul edilmiş qərarın müddəaları mühafizə və digər tədbirlərin planlaşdırılması, eləcə də tabelikdəkilərə verilən iş tapşırıqlarında və başqa prinsipial məsələlərdə öz əksini tapmalıdır.
2. İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri. Ehtimal olunan hərbi münaqişələrin xarakterindən ölkədə təsərrüfat obyektlərinin və s. vacib amillərdən asılı olaraq hazırda idarəetmə fəaliyyətinə yüksək tələblər verilir. Bunlardan ən əsasları aşağıdakılardır:
- idarəetmə qətiyyətli olmalıdır. Bu MM rəhbərlərinin inamla qərar qəbul etmək bacarığından və bu qərarın tabelikdəkilər tərəfindən icrasına qətiyyət və inadla nail olmasından ibarətdir. Bu tələb sərəncam vermə funksiyasını yerinə yetirərkən MM rəhbərinə verilən təkbaşına hərəkət etmək hüququndan, yəni MM-yə vahid rəhbərlik prinsipindən irəli gəlir.
- idarəetmə çevik olmalıdır. Bu vəziyyətin dəyişməsinin operativ və çevik surətdə nəzərə alınması deməkdir. MM rəhbəri vəziyyətin, şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəyişib dəqiqləşdirməyə yaxud yeni qərar qəbul etməyə, icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır.
- idarəetmə fasiləsiz və dayanıqlı oımalıdır, yəni bu sistem sülh və müharibə dövrlərindəki hər cür FH-da tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması adətən işdə nailiyyətsizliklə nəticələnir.
- İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir, yəni operativ sənədləri işlətmək, rabitə xətıərindən, vasitəıərindən istifadə etməyin rejim və qaydaları sözsüz gözlənilməlidir.
- İdarəetmə işinə verilən ən əsas tələblərdən biri – onun bütün vəzifələrinin – rəhbər heyətin, idarəetmə orqanlarının digər heyətlərinin, rabitə və xəbərdarlıq vasitələrinin və s.-nin fəaliyyətə daim hazır saxlanılmasıdır.
MM-ni idarə olunmasını təmin rtmək üçün onun idarəetmə sistemi yaradılmalıdır. MM-nin idarəetmə sistemi – idarəetmə orqanlarının, idarəetmə məntəqələrinin, rabitə və xəbərdarlıq vasitələrinin vahid halda birliyindən ibarətdir. İdarəetmə sistemi idarəetmə prosesinin maddi əsasını təşkil edir.
Ərazi üzrə MM idarəetmə orqanlarına müvafiq MM qərargahları, MM xidmətləri və köçürmə orqanları; sahə üzrə idarəetmə orqanlarına isə bunlardan əlavə həmçinin nazirliklərin, şirkətlərin və s. struktur idarələri, şöbə və bölmələri aiddir.
Lakin bütün hallarda əsas idarəetmə orqanı MM qərargahıdır. Onun başlıca funksiyası hər cür şəraitdə fasiləsiz idarəetmə işini, yəni MM rəhbərinin və yuxarı MM qərargahının qərar və göstərişlərinin həyata keçirilməsini qətiyyətlə təşkil etməkdir.