Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə14/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
Daşqınlar, subasmalar – Çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazisinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrarolunma sayına, ərazinin əhatə dairəsinə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur. Hidroloji proqnoz aparmaqla, daşqınları proqnoz etmək olar.


3. AR-nın ərazisi üçün səciyyəvi olan fövqaladə hadisələr.
Zəlzələ yerin altındakı enerjinin qəflətən meydana çıxaraq zərbə dalğası və qüvvətli təkanlar şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni seysmoqraf adlı cihazla ölçürlər. Zəlzələnin tektonik, vulkanik və denudasiya növləri vardır. Tektonik zəlzələlər daha tez-tez baş verir. Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərindən yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi, elastik dalğaların enerjisini xarakterizə edən 0-dan 8,5-dək həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir.
Zəlzələ ocağının dərinliyi – müxtəlif seysmik rayonlarda 0-dan 730 km-dək dəyişə bilər.
Yerin səthində zəlzələ enerjisinin intensivliyi 12 ballıq MSK-64 (Medvedyev – Sponyer – Karnik) və Merkalli şkalaları ilə ölçülür. Gücünə müvafiq olaraq zəlzələlər hiss edilməyən, çox zəif, zəif, orta, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət və güclü fəlakət növlərinə ayrılır.
Sellər. Azərbaycanda təbii fəlakətlərdən tez-tez təkrarlanan və böyük əraziləri əhatə edən sellərdir. Respublika əhalisinin 5-10%-i sel qorxulu ərazidə yaşayır. Böyük Qafqazın cənub yamaclarından axan çayların əksəriyyətində hər 3-5 ildən bir güclü sellər olur. Respublikanın ərazisindən 8359 çay axır ki, bunlardan 24 çayın uzunluğu 100 km-dən çoxdur. Sellər adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də dağlarda qarın surətlə əriməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və s. axıdıb gətirir, qarşısına çıxan hər şeyi yıxıb dağıdır, su qurğularını, körpüləri, bir sıra hallarda isə sənaye və kənd təsərrüfatı tikililərini məhv edir, həmçinin əhali üçün çox ciddi təhlükə törədir. Sellər respublikanın təsərrüfatlarına milyonlarla manatlıq ziyan vurur.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin