Obyektlərdə keçirilən əməli məşğələlərin, mülki müdafiə təlimləri və məşqlərin əsas növləri bunlardır.
- MM normativlərinin yerinə yetirilməsi – normativlər adətən ayda bir dəfə mülki müdafiə məşğələsi zamanı öyrədilir;
- rəhbər heyətin MM məşqləri – ildə bir dəfə keçirilir və belə məşqlər zamanı rəhbər heyət obyektin MM planına əsasən özünün xidməti vəzifələrini dəqiq öyrənir; məşqdə obyektin MM qərargahı, MM xidmətlərinin rəhbər heyətləri və hərbiləşdirilməmiş dəstələrin komandir rəis heyəti cəlb edilir.
- kompleks mülki müdafiə təlimləri – hər üç ildən bir, 2-3 gün ərzində aşağıdakı obyektlərdə keçirilir: işçilərin sayından asılı olmayaraq MM üzrə dərəcəli obyektlərdə və kimyəvi, partlayış – yanğın təhlükəli digər obyektlərdə; İşçilərin sayı 300 nəfərdən artıq olan dərəcəsiz obyektlərdə; çarpayıların sayı 200-dən artıq olan müalicə profilaktika müəssisələrində. Təlimə obyektin rəhbər, komandir – rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyəti, dəstələrə cəlb olunmayan işçilər cəlb edilir, habelə obyektin ətrafında əhali də təlimlərə cəlb edilə bilər.
- qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumtəhsil məktəbləri, texniki peşə, orta ixtisasməktəbləri və onlara bərabər tutulan digər məktəblərdən başqa) üç ildən bir 8-10 saat davam edən təlimlərə obyektin rəhbər, komandir-rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyəti dəstələrə cəlb olunmayan işçilə və təhsil alan gənclər cəlb edilir;
- hərbiləşdirilməmiş MM dəstələri ilə əməli məşğələlər yüksək hazırlıqlı dəstələr ilə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir dəfə, hərbiləşdirilməmiş MM dəstələri ilə əməli məşğələlər – yüksək hazırlıqlı dəstələrlə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir kompleks təlim və ya obyekt məşqi 8 saat həcmində keçirilir.
- ümumtəhsil məktəblərində, texniki peşə orta ixtisas məktəblərində və onlara bərabər tutulan digər təhsil ocaqlarında isə hər il mülki müdafiə günü keçirilir və bu tədbir həmin məktəblərin illik tədris planlarında da nəzərdə tutulur.
- hər bir hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə məşq ildə iki dəfə keçirilir.
Tədris prosesində əyani vasitələr və başqa materiallar da göstərilməlidir. Təlimin müntəzəmliliyi və ardıcıllığı təlim olunanalara, təlimin ardıcıl, qəti məntiqlə sadədən mürəkkəbə keçilməklə izah edilməsini, təlimə müntəzəm rəhbərlik edilməsini, müəyyən sistem üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsini tələb edir. Tədris proqramını tərtib edərkən və tədris prosesini qurarkən təlim olunanların şəxsi heyətinin hazırlıq dərəcəsini nəzərə almaq lazımdır.