Mövzu: 6. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi. Fövqəladə Hallar Komissiyası. Mühazirənin planı.
1. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sistemi
2. Obyekt fövqəladə hallar komissiyasının vəzifələri
3. Obyekt fövqəladə hallar komissiyasının hüquqları və bu komissiyanın
işinin təşkili
1. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkil etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli, 239 nömrəli qərarı ilə “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun təşkilini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.
Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini, təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dovlət komitələrini, baş idarələri və hər bir istehsalat obyektini əhatə edir.
Sistemin hər bir fəaliyyəti üçün rəhbər orqanları, o cümlədən gündəlik idarə orqanları, ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət edən qüvvə və vasitələr, fövqəladə halların nəticələtini aradan qaldıran qüvvələr, rabitə və xəbərdarlıq sistemi yaradılmış, lazımi maddi texniki təchizat ehtiyatları yaradılmışdır.
Sistemin rəhbər orqanları bunlardır:
Bütün respublika üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) – rəhbəri FHN-nin naziri;
Muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Fövqəladə Hallar Komissiyası - rəhbəri Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini olmaqla;
Şəhər və rayonlar üzrə: Rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK) – rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;
Təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK) – rəhbəri obyektin baş mühəndisi olmaqla;
Nazirliklərdə (dovlət komitələrində, baş idarələrdə): Sahə fövqəladə hallar komissiyası (SFHK) - rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla;
Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyələrdən olan ərazi fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri; nazirliklərin (dovlət komitələrinin, baş idarələrin), təhlükə potensiallı obyektlərin növbətçi-dispeçer xidmətləri; və bütün səviyyələrdən olan MM qəarargahlarından ibarətdir.
Müxtəlif səviyyəli fövqəladə hallar komissiyalarının vəzifələri yalnız miqyasca fərqlənir. Öz səviyyələrində və səlahiyyəti daxilində bu komissiyaların əsas vəzifələri bunlardır:
- ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi nəzarəti təşkil etmək;
- belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;
- fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktik tədbirlər görmək və xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə üçün lazımi maddi-texniki vəsait ehtiyatları yaratmaq;
- fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara) vaxtında çatdırılmasını təmin etmək;
- fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik etmək.
Qeyd etmək lazımdır ki, fövqəladə hallar komissiyaları daimi fəaliyyət göstərən komissiyalardır; onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil etməlidirlər.
Fövqəladə hallar komissiyaları öz vəzifələrini yerinə yetirə bilməsi üçün, onların heyətinə nazirliklər, dovlət komitələri, baş idarələr, şirkətlər, birliklər və s. təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin MM üzrə vəzifələri:
- əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını təşkil etmək və ona nəzarət etmək;
- təhlükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin etmək və onlara davranış qaydaları haqqında göstəriş və məlumatları vaxtında çatdırmaq;
- fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işlərinin aparılmasının idarə olunmasını təşkil etmək;
- fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə olunmuşdur.
Yerli (şəhərlərin, nazirlik və obyektlərin) daimi komissiyaları da özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə cəlb edilən hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini müəyyən etməlidir.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan qüvvə və vasitələrdən, həm də nazirliklərin və idarələrin qəza-xilasetmə, qəza-bərpa və çevik yanğınsöndürən dəstələrindən, səhiyyə nazirliyinin təcili yardım xidməti qüvvələrindən, FHN-nin qoşun hissələrindən və ixtisalaşdırılmış dəstələrindən, Müdafiə Nazirliyinin kimyəvi və mühəndis qoşunları hissələrindən, Dəmir yolu idarəsinin, “AZAL” QSC-nin, Xəzər donanması idarələrinin müvafiq qəza-xilasetmə qüvvələrindən istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış tikinti-quraşdırma idarələrində xüsusi çevik qəza-bərpa dəstələrinin yaradılması nəzərdə tutulur.
Yaranan vəziyyətdən asılı olaraq, bütünlükdə Dövlət fövəladə fəaliyyət sistemi FHNnin qərarı ilə üç müxtəlif rejimdə işləyə bilər: