Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Elektromaqnit impulsu. Nüvə zədələnmə ocağı



Yüklə 0,67 Mb.
səhifə31/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   70
4. Elektromaqnit impulsu. Nüvə zədələnmə ocağı.
Radiasiya kəşfiyyatı və nəzarət ölçü cihazlarının iş prinsipi və istifadə qaydaları.
Elektromaqnit impulsu – nüvə partlayışından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Nüvə partlayışı anında külli miqdarda γ -kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahəsi yaradır. Nəticədə hava və yeraltı - kabel xətlərində, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısa müddətli lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir.
Elektromaqnit impulsu radioelektron cihazlara elektrotexniki qurğulara məhvedici təsir göstərir. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbirlər görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliklə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə olunur.
Nüvə zədələnmə ocağı (NZO) - o əraziyə deyilir ki,orada nüvə partlayışının zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insan, heyvan və bitki tələfatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhərlənsin.
NZO qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər. Dağıntıların xarakterinə görə belə sahələr 4 növə ayrılır: tam, güclü, orta və zəif dağıntı zonası .

  1. Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafə təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalar və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Küçələrdə başdan başa uçqunlar əmələ gəlir və sığınacaqların giriş yolları uçqunlarla tutulur.

  2. İzafi təzyiqin təsirinə 50 kPa – dan 30 – kPa - dək məruz qalmış sahələr güclü dağıntı zonası adlandırılır. Buradakı bina və qurğular dağılır, sığınacaqlar və yeraltı komunal enerji şəbəkələrinin əksəriyyəti salamat qalır.

  3. İzafi təzyiqin təsirinə 30 kPa – dan 20 kPa-dək məruz qalmış sahələr orta dərəcəli dağıntı zonası adlandırılır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır, yer altı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər.

  4. İzafi təzyiqin təsirinə 20 kPa-dan 10 kPa-dək məruz qalmış sahələr zəif dağıntı zonası adlandırılır. Bu zaman binanın ikinci dərəcəli elementləri yəni qapı və pəncərələri, artırmaları və daxili arakəsmələri dağılır. Küçələrdə tək-tək uçqunlar yaranır.

Nüvə zədələnmə ocağının ölçüləri burada dağıntının dərəcəsi və tələfatdan, tikintinin xüsusiyyətlərindən yerin relyefindən və s. asılı olur. Zədələnmə ocağı sahəsinin 13%-ni tam dağıntı zonası, 10%-ni güclü, 15%-ni orta və 62%-ni zəif dağıntılar zonası təşkil edir.
Hazırda dünyanın 10 ölkəsi nüvə silahına malikdir. Bunlar ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan və Şimali Koreyadır. İsrail rejiminin belə silaha malik olması bəlli olsada o bu faktı rəsmi şəkildə nə təsdiq nədə inkar edir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin