Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Termonüvə silahı (hidrogen bombası)



Yüklə 0,67 Mb.
səhifə27/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   70
Termonüvə silahı (hidrogen bombası) – daha yüngül elementlərin sintezindən ayrılan enerjiyə əsaslanır. Sintez reaksiyası milyonlarla dərəcədə istilik və çox yüksək təzyiq yarandıqda baş verə bilər. İlkin material kimi hidrogenin iki müxtəlif izotopundan istifadə olunur. Bu iki faralı yaxud ikipilləli tipdir. Hidrogen bombasının gücü atom bombasının gücündən böyükdür.

  • Hidrogen – Uran sursatında da üç nüvə reaksiyasından- ağır element nüvələrinin bölünməsi, yüngül element nüvələrinin sintezi və döyüş sürsatının gövdəsini təşkil edən təbii U-238 maddəsi nüvələrinin bölünməsi reaksiyalarının bir an ərzində ardıcıl inkişafı nəticəsində ayrılan enerjidən istifadə edir.

  • Neytron bombası az güclü - istilik – nüvə sursatıdır. Əsas zədələyici təsiri neytronlar selinin təsirindən ibarətdir. Neytron sürsatının gücü adətən 0,5 kt-dan 2 kt-dək olur. Adi nüvə sursatlarından nüfuzedici radiasiyanın yaranmasına partlayış enerjisinin cəmi 5 %-i sərf olunur, neytron sursatında isə bu zədələyici amilin payına enerjinin 25-30 %-i düşür.

    Nüvə silahının tədbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmoda, havada, yerdə, yeraltında, suda və aualtında partladıla bilər.
    Yüksəklikdə partlayış yer səthindən 10 km və daha çox yüksəklikdə baş verən nüvə partlayışıdır. Bu zaman partlayış yerində şara bənzər odlu kürə yaranır və soyuduqdan sonra dairəvi ağ topa buludlara çevrilir. Bu zaman radioaktiv zəhərlənmə olmur, çünki yerdən heç bir toz və ya su sütunu yuxarı qalxmır. Bu növ partlayış kosmik və digər uçan obyektləri məhv etmək üçündür.
    Havada partlayış zamanı odlu kürə yer (su) səthinə toxunmur. Belə partlayışla döyüş meydanında düşmən qüvvələrini, şəhər, və sənaye binalarını, təyyarələri və aerodromları məhv etmək olar.
    Yer üstü partlayış zamanı odlu kürə yer səthinə toxunur. Odlu kürə yerdən aralanan zaman özü ilə havaya toz-torpaq qaldıraraq toz sutunu əmələ gətirir, odlu kürə soyuduqdan sonra ağ radioaktiv topa buludlara çevrilərək nəhəng göbələk formasını alır.
    Suüstü partlayış yerüstü partlayış kimidir. Fərq yalnız ondadır ki, göbələyə bənzər forma toz torpaqdan yox, sıx radioaktiv su buxarından və su tozundan ibarətdir.
    Yeraltı partlayış yerin altında baş verir. Bu zaman işıq şüalanması və odlu kürə müşahidə olunmur. İşıq şüalanması torpaqda tamamilə udulur. Partlayış nə qədər dərinlikdə baş versə, nüfuzedici radioasiya bir o qədər aşağı düşür. Əsas zədələyici amil zərbə dalğası və partlayış yerində külək istiqamətində güclü radioaktiv zədələnmədir.
    Sualtı partlayış suyun altında baş verən partlayışdır. Yeraltı partlayış kimi burada da əsas zədələyici amil suyun altında zərbə dalğasıdır.

    Yüklə 0,67 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   23   24   25   26   27   28   29   30   ...   70




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin