Boğucu təsirli ZM - elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmirlər. Boğucu təsirli ZM qrupuna fosgen və difosgen aiddir. Fosgen əsas etibarı ilə ağ ciyərləri zədələyir. Ölümcül təsirli ZM - dir, rəngsiz qazdır, çürümüş ot və ya alma ətri verir, az davamlıdır, buxarları havadan 3, 5 dəfə ağırdır, böyük konsentrasiyalarda yarıqlara, səngərlərə, sığınacaqlara dolur. Fosgen suda pis həll olur, lakin suya düşdükdə hidroliz olur və toksiki olmayan məhsullar əmələ gəlir. Orqanizmi tənəffüz üzvləri vasitəsilə zədələyir, fosgenin 0,006 mq/l konsentrasiyası ölümcül nəticəyə səbəb ola bilər.
Difosgen qaynama temperaturu 1280 C olan mayedir. Fosgenə nisbətən yavaş buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda ərazini açıq yerlərdə - 1 saata, meşəlik yerlərdə isə 1 neçə saatadək zəhərləyir. Difosgen suda pis həll olunur. Bu zaman xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su hovuzlarını zəhərləmir. Difosgen davamsız ZM - dir. Boğucu təsirli ZM ilə zərərçəkmişlərə əleyhiqaz geyindirmək, tam sakitlik vermək, tənəffüzü asanlanlaşdırmaq üçün bel kəmərini çıxarmaq, paltarın düymələrini açmaq, isti içkilər vermək və tez müddətə tibb müəsisəsinə çatdırmaq lazımdır. Süni tənəffüz vermək olmaz. Qapalı yerlərdə deqazasiya işləri aparmaq və ya havanı dəyişmək lazımdır.
Ümumi zəhərləyici təsirli ZM - əsasən tənəffüz üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən tez buxarlanan kimyəvi birləşmələrdir. ZM-in bu qrupuna sianid turşusu və xlorsian aiddir. Xlorsian – kəskin iyli, sudan ağır, rəngsiz mayedir, 130 C qaynayır, -70 C bərkiyir. Suda məhdud miqdarda (7%) azotlu, üzvi maddələrdə, yağlarda yaxşı həll olur. Xlorsian sianid turşusundan 2,4 dəfə az zəhərlidir. Ərazidə davamlılığı yayda – 15 – 20 dəqiqə, qışda - 5 saata qədərdir.
Sianid turşusu badam iyli rəngsiz uçucu mayedir, asanlıqla buxarlanır və yalnız buxar halında təsir edir, suda və üzvi həll edicilərdə yaxşı həll olur. +260 C qaynayır, -140 C bərkiyir. Sianid turşusu ilə zədələnmənin xarakterik əlamətləri ağızda metal dadı, boğazın qıcıqlanması, baş hərlənməsi, zəiflik, mədə bulanmasıdır. Zədələnmişlərə ilkin yardım tez bir müddətə antidotlar vasitəsilə edilir. İlk yardımdan sonra zədələnmişləri təxliyyə etmək lazımdır. Sianid turşusu və xlorsian insan orqanizminə tənəffüz üzvləri və mədə-bağırsaq yolu ilə daxil olur.