Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mövzu 8: Kimyəvi silahlar və onlardan qorunma üsulları



Yüklə 0,67 Mb.
səhifə33/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
Mövzu 8: Kimyəvi silahlar və onlardan qorunma üsulları.


Mühazirənin planı.

  1. Kimyəvi silahlar və onların əsas xüsusiyyətləri.

  2. Zəhərləyici maddələrin (ZM) orqanizmə təsirinin xarakterinə görə növləri.

  3. Kimyəvi kəşfiyyat cihazlarının əsas xarakteristikası

  4. Kimyəvi silahlar tətbiq edilərkən davranış və fəaliyyət qaydaları

  5. Güclü təsirli zəhərləyici maddələr (GTZM), onların fiziki, kimyəvi xassələri, deqazasiya edilməsi üsulları.



1. Kimyəvi silahlar və onların əsas xüsusiyyətləri.
Zəhərləyici maddələrin (ZM) orqanizmə təsirinin xarakterinə görə növləri.
Kimyəvi kəşfiyyat cihazlarının əsas xarakteristikası
Kimyəvi silahlar tətbiq edilərkən davranış və fəaliyyət qaydaları
Güclü təsirli zəhərləyici maddələr (GTZM), onların fiziki, kimyəvi xassələri, deqazasiya edilməsi üsulları.

Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir. Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır:



  • Maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı; ZM-rin maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir.

  • Geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;

  • Zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;

  • İstehsalının nisbətən ucuz başa gəlməsi;

Məlum olan bütün ZM orqanizmə təsirinin xarakterinə görə (taksikoloji təsnifatı) döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlılığına görə (taktiki təsnifatı) qruplara ayrılır. Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə təsnif olunur: taktiki təyinatına görə təsir müddətinə görə, tətbiq vasitələrinə görə insan orqanizminə təsir xarakterinə görə.
Taktiki təyinatına görə kimyəvi silahlar 2 tipə bölünür:
1. Öldürücü (sinir – iflicedici, dərideşici, ümumi zəhərləyici, boğucu)
2. Ziyanverici (psixotrop maddələr və irritantlar)
Təsir surətinə görə kimyəvi silahlar:
1. Teztəsirli (sinir-iflicedici, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr)
2. Gec təsirli (dərideşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) maddələrə ayrılır.
Təsir müddətinə görə kimyəvi silahlar:
- Uçucu və ya dayanıqsız maddələr (təsiri dəqiqələrlə hesablanır)
- Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər)
Kimyəvi silah binalara, tikililərə sənaye müəssisələrinin avadanlıqlarına bilavasitə təsir etmir,lakin ondan istifadə müəssisələrin istehsal fəaliyyətində özünü biruzə verir. ZM və zəhərli kimyəvi birləşmələr,insanları və heyvanları zəhərləyir, bitki örtüyünün, kənd təsərrüfatı bitkilərinin məhvinə səbəb olur.
Kimyəvi silahların tətbiq vasitələri aşağıdakılardır: kimyəvi raketlər, reaktiv qurğular, kimyəvi reaktiv və artilleriya mərmi və minaları, kimyəvi aviasiya bombaları və kassetləri, kimyəvi fuqaslar, qranatlar, zəhərli tüstü bombaları və aerozol generatorları, püskürtücü aviasiya cihazları və s.
ZM orqanizmə tənəffüs yolları, dərinin səthi və qida yolları ilə keçə bilər. Adamların zəhərlənməsi, habelə ərazinin və əşyaların zəhərlənməsi dərəcəsi zəhərlənmənin qatılığı və sıxlığı ilə müəyyən edilir. Zəhərlənmənin qatılığı maye halında olan maddənin hər litrinə düşən ZM - nin milliqramla miqdarına (mq/l) və ya havanın hər kub metrində olan ZM - nin qramla miqdarına deyilir (q/m3). Zəhərlənmənin sıxlığı isə səthin hər kvadrat metrinə maye damcıları halında düşən ZM - in qramla miqdarıdır (q/m2). Yerdə təhlükəli qatılığı saxlamaq qabiliyyətinə görə ZM davamlı və davamsız ZM - rə bölünür.
Davamlı ZM öz zəhərləyici təsirini bir neçə saat gün və ya həftəyədək (bəzən bir ayadək) qoruyub saxlaya bilir (zarin, zoman, iprit, lüirit və s.). Davamsız ZM isə təsirini bir neçə dəqiqə saxlaya bilir (fosgen, difosgen və s.)



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin