Psixokimyəvi təsirli ZM – mərkəzi sinir sisteminə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi pozğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorxu hissi, müxtəlif funksiyaların məhdudlaşmasını törədir. Bu maddələr adamların sinir sistemi fəaliyyətinin 12 saatdan 5 günədək pozulmasına səbəb olur. Belə olduqda adam yaddaşını, məsuliyyət hissini, mənliyini itirir, güclü qorxu hiss edir, onu qara basır Bu maddələrin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onların ölümcül dozası müvəqqəti sıradan çıxmaq üçün istifadə edilən dozadan 1000 dəfə böyük olmalıdır. Psixokimyəvi zəhərləyici maddələrin iki qrupu mövcuddur. Bu maddələrin birinci qrupu "psixokimyəvi" adlandırılır. Çünki, onlar insan psixikasının müvəqqəti pozulmasına, qarabasmalarla müşayiət olunan, şizofreniya tipli kəskin psixoza səbəb olur. İkinci qrup maddələr “fizikokimyəvi” adlandırılır. Çünki, onlar orqanizmin fiziki vəziyyətinin müvəqqəti pozulmasına (əzələlərin müvəqqəti iflici bş verir) səbəb olur.
Psixokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ordunun dözümlülüyünü və iradə gücünü azaltmaq üçün tətbiq edilir. Bu qrupa qarmin, Bi-zet, LSD-25, meskalin və s. aiddir.
LSD (dietilamid lizergin turşusu), bu alkaloid 1943-cü ildə ilk dəfə Gophman tərəfindən alınmışdır. LSD - suda pis üzvi əridicilərdə isə yaxşı həll olan, 830C temperaturda əriyən rəngsiz kristal maddədir. LSD duzları dayanıqlı məhlul yaratmaqla suda yaxşı həll olur ki, bu da onların tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. LSD çox güclü toksiki maddədir: 0.03-0,05 mq (0,0007 mg/kq) dozada orqanizmə daxil olduqda kəskin toksiki psixoza səbəb olur.
Bi-Zet (BZ) - suda həll olunmayan, xloroformda, dixloretanda yaxşı həll olunan, iysiz ağ kristallik maddədir. Aerozol şəklində tətbiq edilir. Aviasiya kassetləri və aerozol generatorlarının köməyi ilə istifadə olunur. Orqanizmə tənəffüs və mədə-bağırsaq yolları ilə keçərək təsir edir. BZ öz təsirini 0,5-3 saat sonra göstərməyə başlayır.
Kiçik konsentrasiyalarda yuxululuq və döyüş qabiliyyətinin azalması baş verir. Böyük konsentrasiyalarla tətbiq edildikdə əvvəlcə ilk bir neçə saat ərzində ürək döyüntüsünün artması, ağızda və dəridə quruluq, bəbəklərin genişlənməsi, məkan və zaman orientasiyasının itməsi, aqressivlik və döyüş qabiliyyətinin azalması müşahidə olunur. Sonrakı 8 saatda, nitqin yavaşlaması və pozulması baş verir. Sonra həyəcan dövrü 4 günə qədər davam edir. ZM-nin təsirindən 2-3 gün sonra tədricən normal vəziyyətə qayıtmağa başlayır.
Zərərçəkənə ilk yardım olaraq, əleyhqaz geydirmək və zəhərlənmə ocağından çıxarmaq lazımdır. Təmiz sahəyə çıxdıqda bədənin açıq sahələrinin (kimyəvi zəhərlənmə əleyhinə fərdi paketlə -İPP-8, İPP-10 və s.) qismən sanitar təmizlənməsini həyata keçirmək, paltarları çırpmaq, gözləri və boğazı təmiz su ilə yumaq lazımdır.
Atmosferdə BZ-in aşkarlanması (bir qəhvəyi xətli indikator boruları ilə) VPXR və PPXR kimyəvi kəşfiyyat cihazları vasitəsilə həyata keçirilir.