Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Kimyəvi silahlar tətbiq edilərkən davranış və fəaliyyət qaydaları



Yüklə 0,67 Mb.
səhifə39/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   70
4. Kimyəvi silahlar tətbiq edilərkən davranış və fəaliyyət qaydaları
ZM-rin təsiri nəticəsində insanların, heyvanların və ya bitkilərin zədələnməsinə səbəb olmuş ərazi kimyəvi zədələnmə ocağı adlanır. Müasir ZM yüksək toksiki təsir xüsusiyyətinə malik maddələrdir. Ona görə də vaxtında ZM –dən zədələnmənin qarşısını alan tədbirlər görülməlidir.
Düşmən təyyarəsinin ardınca tünd, tez çökən və seyrələn izin görünməsi, aviasiya bombasının partladığı yerdə buludların boyanması, havada ZM-nin olmasını ehtimal etməyə imkan verir. Düşmən tərəfindən kimyəvi silahın tətbiqi əlamətlərini aşkar edən kimi dərhal əleyhqaz lazım gələrsə dəri mühafizə vasitələrini geyinməli, yaxınlıqda sığınacaq varsa orada gizlənmək lazımdır. Sığınacağa daxil olmamışdan əvvəl istifadə edilmiş dəri və mühafizə vasitəsi və üst geyimi sığınacağın dəhlizində çıxarılır və orada qalır; Bu tədbir ZM –in sığınacağa gətirilməsinin qarşısını alır. Əleyhqaz sığınacağa daxil olduqdan sonra çıxarılır. Sığınacaqda olan zaman aradan çıxmağa icazə verilənə qədər gözləməli, icazə verildikdən sonra tələb olunana mühafizə vasitələrini geyinməli və zonadan çıxmaq üçün sığınacağı tərk etməlidirlər. Kimyəvi zəhərlənmə ocağından çıxmaq üçün müəyyən istiqamətdə xüsusi işarələrlə işarələnmiş və post – məntəqələrdəki tənzimləyicilərin göstərdiyi seçilmiş yollarla əgər işarələr və məntəqələr yoxdursa, o zaman küləyin istiqamətini əksinə getmək lazımdır.
ZM – lə zəhərlənmiş ərazidə tez hərəkət etmək lazımdır, lakin qaçmaq və toz qaldırmaq, binalara və ətraf əşyalara söykənmək, görünən ZM damcılarını və ləkələrini tapdalamaq olmaz. Zəhərlənmiş ərazidə əleyhqazı və mühafizə vasitələrini soyunmaq qadağandır. Əgər ərazinin zəhərləndiyi məlum deyilsə, zəhərli ərazidəki kimi hərəkət etmək lazımdır. Kimyəvi zəhərlənmə ocağını tərk edərkən mümkün qədər dərələrdən, vadilərdən, çəmənlikdən və bataqlıq yerlərindən uzaq olmağa çalışmaq lazımdır, çünki, həmin yerlərdə ZM buxarlarının uzun müddət qalması ehtimal olunur. Şəhərlərdə ZM buxarları qapalı kvartallarda, parklarda, binaların girəcəklərində, damlarında uzun müddət qala bilər. Zəhərli bulud şəhərlərdə küçələr, tunellər və boru kəmərləri vasitəsilə yayılır. Zədələnmiş nayihələri kimya əleyhinə paketin içindəki universal deqazasiya məhlulu ilə təmizləmək və ya isti su və sabunla yumaq lazımdır. Zədələnmişlərə tibbi yardım göstərilməlidir. Ərazidən çıxan kimi mümkün qədər tez 1 zamanda tam sanitar təmizlənməsi aparılmalıdır. Əgər bunu tez etmək olmazsa, qismən deqazasiya və sanitar təmizliyi aparılmalıdır.
Zonadan çıxmaq mümkün olmazsa pəncərə və qapıları, tüstü bacalarını, vintilyasiya dəliklərini örtmək, giriş qapısının qarşısına qalın pərdə, örtük asmaq lazımdır. Pəncərələrin çərçivələrinin arası leykoplastr, plyonka ilə bərkidilməlidir. O zaman GTZM otaqlara daxil ola bilmir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin