Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mövzu 9: Bioloji silahlar və onlardan qorunma üsulları



Yüklə 0,67 Mb.
səhifə42/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   70
Mövzu 9: Bioloji silahlar və onlardan qorunma üsulları.


Mühazirənin planı.
1. Bioloji silahların əsas xüsusiyyətləri.
2. Bioloji vasitələrin vaxtında aşkar edilməsi. Mikroblar, bakteriyalar, viruslar, riketsialar, göbələklər, toksinlər
3. Yolxucu xəstəliklər və bu xəstəliklər aşkar edilərkən davranış qaydaları.
4. Observasiya və karantin tədbirləri. Dezinfeksiya, dezinseksiya və deratizasiya.
1. Bioloji silahların əsas xüsusiyyətləri.
Bakterioloji (bioloji) silah – kütləvi qırğın silahlarının bir növüdür. Bu silah – bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər toksinlər təşkil edir.
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə yolxucu xəstəlik törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Xəstəlik törədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlar, gənələr və gəmiricilərdə qala bilər. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Düşmən BS-ı təyyarə bombaları, top güllələri, raketlər və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı doldurulmuş xüsusi konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onları zəhərlənmiş daşıyıcılar – həşəratlar, gənələr, gəmiricilər yaya bilər.
BS-ın tətbiqi nəticəsində şəhərlər və başqa yaşayış məntəqələri, dəmir yolu qovşaqları, limanlar, su təchizatı mənbələri, kənd təsərrüfatı bitkiləri, əkilmiş tarlalar zədələnə bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. Su və qida, açıq yara və yanıq yerlərinə mikrob düşməsi, yolxucu həşəratların dişləməsi, kontakt yolu ilə, bioloji vasitələrlə yoluxdurulmuş hərbi sursatlar vasitəsilə yoluxma mümkündür. Qan soran həşəratlar xəstəliyi xəstə insan və heyvanlardan sağlam fərdlərə ötürür.
İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat , gun, həftə, hətta ay muddətində də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş yeyinti məhsullarında və ya sudan istifadə edildikdə zədələnmək olar.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki,orada bioloji silahın tətbiqi nəticəsində insan,heyvan və bitki tələfatı olsun.
Düşmənin bioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.
Bioloji vasitələri olan hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən müxtəlif yüklərin - konteynerlərin, torbaların(kisələrin), bağlamaların atıldığını da müşahidə etmək olar. Yoluxucu xəstəlik yayan həşəratlar tətbiq edildikdə, hərbi sursatın partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə toplaşa bilər. Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər.
Epidemiya – ümumi infeksiya mənbəyi, ümumi yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən ərazidə geniş yayılmasına deyilir.
Pandemiya – bir ölkə və qitənin sərhədlərini aşan böyük insan kütləsini əhatə edən güclü epidemiyadır. Hər hansı bir xəstəliyin müəyyən ərazidə daimi rast gəlməsinə endemiyalar deyilir. Heyvanlar arasında yolxucu xəstəliklərin yayılması – epizootiya, bitkilər arasında yayılması – epifitotiya adlanır. Heyvanlar arasında sibir xorası, tulyaremiya, taun, iri buynuzlu heyvanların taunu və s. kimi xəstəliklər yayıla bilər.
Bakterioloji silahın əsas xüsusiyyətləri aşağıdakılardır.
- qısa müddət ərzində infeksion xəstəlik törədicilərin kütləvi şəkildə yayılması, epidemiya əmələ gətirməsi;
- inkubasiya (gizli) dövrünün olması;
- xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması (müxtəlif mikroorqanizmlərin təyini yalnız laborator şəraitdə mümkündür)
- seçici və məqsədyönlü təsir etməsi. Yalnız bitkilərin yoluxması məqsədilə (fitoftoraz), heyvanların yoluxması məqsədilə (iribuynuzlu heyvanların taunu), yalnız insanların yoluxması məqsədilə (təbii çiçək, vəba) istifadə olunan bakteriyalar mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir yarası) və ya canlı qüvvəni müvəqqəti sıradan çıxarma (tulyaremiya) qüvvəsinə malik törədicilər istifadə edə bilər;
- güclü psixoloji təsiri insanlar arasında təsviş yaradır.
- bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi;
- bioloji törədicilərin çox müxtəlif olması – eyni zamanda bir neçə xəstəlik törədici istifadə oluna bilər
- təsirinin uzun müddət davam etməsi (məsələn sibir xorası sporları xəstəlik törətmə təsirini bir neçə il saxlaya bilir)
- xəstəlik törədicilərin və onların toksinlərinin hava vasitəsilə hermetik olmayan yerlərə daxil olub insanları yoluxdurmaq qabiliyyətinin olması.
Sadalananlara əsaslanaraq bakterioloji silahın tətbiqi zamanı əmələ gələn fəsadların sərhədlərin olmamasını təsdiq edə bilərik.
İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğu aşağıdakı xarici əlamətlərə görə təyin edə bilər:

  • Döyüş sursatının zəif səslə partlaması və partlayı. Zamanı alovun olmaması;

  • Binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda qatı maye şəkilli maddələrin olması;

  • ərazidə iti qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

  • mərmilərin,konteynerlərin və ya müxtəlif bağlama və qabların düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;

  • əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılması və ya xəstələnməsi də bakterioloji vasitələrin tətbiq olunduğuna dəlalət edə bilər.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin