Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Observasiya və karantin tədbirləri. Dezinfeksiya, dezinseksiya və deratizasiya



Yüklə 0,67 Mb.
səhifə45/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
4. Observasiya və karantin tədbirləri. Dezinfeksiya, dezinseksiya və deratizasiya.
Bakterioloji zədələnmə ocağında infeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün xüsusi rejimlər –observasiya və karantin rejimləri təyin olunur.
Observasiya- epidemiya ocağında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə- profilaktik tədbirlər sisteminə deyilir. Observasiya zamanı aşağıdakı işlər görülür:
-giriş-çıxış məhdudlaşdırılır;
-infeksion xəstələrin müəyyən edilməsi, təcrid edilməsi və qospitalizasiyası;
-əhalinin sanitar təmizlənməsi;
-təcili profilaktik tədbirlərin görülməsi;
-sanitar- gigiyenik və epidemiya əleyhinə tədbirlərin gücləndirilməsi.
Observasiya zamanı bütün müalicəvi- profilaktik tədbirlər karantində olduğu kimi aparılır, yalnız təcridetmə tədbirləri yüngülləşdirilir. Observasiya müddəti xəstəliyin inkubasiya dövrünə uyğun təyin olunur və son xəstə təcrid olunduqdan, dezinfeksiya işləri başa çatdıqdan sonra aradan qaldırılır.
Müşahidə olunan şəxslər bu məqsədlə yaradılmış observasiya məntəqələrində yerləşdirilir, daimi həkim nəzarəti altında saxlanılır. Bəzən müşahidə zamanı profilaktik peyvəndlər aparılır. Observasiya müddəti başa çatdıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını tərk edir və onlara əmək qabiliyyətini itirmə vərəqəsi verilir, observasiya məntəqələrində son dezinfeksiya işləri aparılır.
Karantin-bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktik tədbirlər sistemidir. Karantinin məqsədi zədələnmə ocağını tam təcrid etmək və xəstəliyi aradan qaldırmaqdır. Epidemiya əleyhinə tədbirlərə isə təcili profilaktika ,xəstələrin və şübhəlilərin müəyyən edilib təcrid olunması, qospitala göndərilməsi, əhalinin sanitar təmizlənməsi, ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin dezinfeksiyası aiddir.
Karantin qoyulan ərazidə bütün müəssisədə işlər tədris müəssisələrində dərslər dayandırılır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanır. Fəhlə və qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir. Karantin zonasına giriş MM qərargahı rəisi tərəfindən yalnız xüsusi birləşmələrə verilir. İşini davam etdirən obyektlər xüsusi rejimə keçirilir. Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyyə olunur, ərzaq, su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti son xəstənin təcridindən sonra xəstəliyin inkubasiya dövrü müddətinə uyğun vaxt keçdikdən, şəxsi heyətin tam sanitariya təmizlənməsi və yoluxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra təyin olunur.
Karantin və observasiya zonalarında əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantin və observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfeksiya, dezinseksiya və deratizasiya həyata keçirilir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin