Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə46/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   70
Dezinfeksiya – xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infeksiya ocağında həm də profilaktika məqsədilə aparılır. Dezinfeksiya cari, son və profilaktika növlərinə bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstəni yaxud infeksiya gəzdirəniu olduğu bütün müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparılır. Cari dezinfeksiyada məqsəd infeksiyanı yayılmağa qoymamaqdır.
Son dezinfeksiyanı infeksion xəstəlik ocağında xəstəni xəstəxanaya qoyduqdan, xəstə sağaldıqdan, yaxud öldükdən sonra aparılır.
Profilaktika məqsədilə dezinfeksiya yolxucu xəstəliyin olub olmamasından asılı olmayaraq, onun qarşısının almaq üçün aparılır. Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, əlləri tez-tez sabunla yumaq, suyu xlorlaşdırmaq, xəstəlik törədicilərlə daimi mübarizə aparmaq aiddir. Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur.
Mexaniki üsullara yumaq, silmək, dəyişmək, süpürmək və s. aiddir.
Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif kimyəvi maddələrdən: xlorlu məhlullardan, fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir.
Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur. Xlorlu əhənglə zibil qutuları, və quyuları dezinfeksiya edilir.
Fiziki dezinfeksiya üsulu və vasitələri daha sadə və asandır. Bu məqsədlə günəş şüalarından, ultrabənövşəyi şüalardan, qızdırılmış ütüdən, zibilin yandırılması üsulundan, quru qızmar havadan və su buxarlarından, habelə qaynatma üsulundan istifadə olunur.
Dezinseksiya – infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Bakterioloji silahın tətbiqindən sonra yaranmış xəstəliklərin həşəratlar tərəfindən yayılmasının qarşısını almaq üçün dezinseksiya həm məişətdə həm də ətraf təbiətdə aparılır.
Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır. Fiziki metodlara əşyaların şotka tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidilərdən (heksaxloran, xlorofos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Deratizasiya – infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir. Gəmiriciləri bioloji, kimyəvi və mexaniki yolla qırırlar. Bioloji metod onların düşmənlərindən pişiklərdən, itlərdən və s. istifadə olunmasıdır. Mexaniki üsul tələlərdə istifadə olunmasıdır. Kimyəvi metodda müxtəlif zəhərlərdə, kükürd anhidridindən və s. edilir. Bundan başqa aldadıcı yemlərdən (krisid, difenasin, ratindan, sink – fosfid barium-karbonat, arsen preparatları və s.) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, taxıl, tərəvəz və s. qatırlar. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi qatılır.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin