Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Məcburiyyət bu hallarda yaranır



Yüklə 0,67 Mb.
səhifə54/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
Məcburiyyət bu hallarda yaranır:
- sakit halda olarkən nəbzin bir dəqiqədə 120, ya da bundan artıq və ya 35 –dən az olması;
- bədənin temperaturu 380 S və bundan artıq olması.
Hər iki halda səhhət üçün yaranan təhlükə nəzərə alınmaqla qərar qəbul edilir.
Mövzu 11: Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları


Mühazirənin planı.
1. Sürücü əleyhqazların quruluşu və istifadə qaydaları
2. Respiratorlar və onlardan istifadə qaydaları. Təcridedici əlehqazlar. Tozdan qoruyan PTM-1 parça maskası
3. Dəri səthini mühafizə vasitələri.
4. Yardımçı vasitələr. FMV-nin saxlanma qaydaları.
5. Tibbi fərdi mühafizə vasitələri.


1. Sürücü əleyhqazların quruluşu və istifadə qaydaları
Müasir qırğın vasitələrindən mühafizəməqsədiləəhalinin mühafizə qurğularında daldalandırılması ,təhlükəli zonalardan köçürülməsi ilə yanaşı, fərdi və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir.
FMV-ri bunlardan ibarətdir:

  1. Tənəffüs orqanlarının mühafizə vasitələri:

  2. Dəri səthinin mühafizə vasitələri:

  3. Tibbi mühafizə vasitələri.

Tənəffüs orqanlarının mühafizə vasitələrinə əleyhqazlar ,respiratorlar və əhalinin özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.
Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı ZM-rin (buxar, duman,qaz,tüstü,ZM damcılarının) radioaktiv maddələrin təsirindən,həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların süzücü və təcridedici növləri vardır. Süzücü əleyhqazlar daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə süzgəclər olan süzücü –uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5m, QP-7 əleyhqazlarından, uşaqların mühafizəsi üçün DP-6m, DP-6, PDF- 7, PDF- D və PDF –Ş süzücü əleyhqazlarından istifadə oluna bilər. Bunlardan əlavə 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 uşağı mühafizə cihazı vardır. Tabeldən kənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola bilər.
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın komplektinə onun çantası və tərləməyən plyonkalar olan qutucuq ,yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir. QP-5 və QP- 5m əleyhqazları kiçik ölçülü süzücü uducu qutu və şlemmaska tipli üzlük hissə ilə komplektləşdirilir. QP-5 əleyhqazı tənəffüs orqanlarını və gözləri havadakı ZM-rin təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. QP-5 və QP-5m əleyhqazlarının üzlük hissələrində birləşdirici boru olmur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlemmaskalar beş ölçüdə (QP-5m də 4 ölçüdə) buraxılır. Şlemmaska başın çənədən keçən qapalı xətt üzrə təyin edilmiş ölçüsü əsasında seçilir. Alınan nəticəni 0,5 sm -ə qədər yuvarlaqlayırlar. Alınan kəmiyyət 63 sm-ə (61 sm) qədər olarsa - 0 ölçülü, 63,5-65,0 sm (61,5-64,0 sm) qədər olarsa 1-ci, 65,5-68,0 sm-ə qədər (64,5-67sm) qədər olan -2ci, 68,5-70,5 sm (67,5 sm artıq) olarsa- 3-cü və 71sm-dən çox olarsa-4-cü ölçülü şlem-maska lazımdır.
QP-7 tipli əleyhqazlar 2 növdə buraxılır: QP-7 və QP-7V bunlar bir- birindən üzlük hissələri ilə fərqlənir.QP-7 əleyhqazları danışıq tərtibatlı və su içmə tərtibatı olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq tərtibatı və ordu su qabından içmək üçün su içmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır, QP-7 əleyhqazı tənəffüs orqanlarını, gözləri və sifəti ZM-dən bioloji aerozollardan, radioaktiv torlardan, güclü təsiredici zəhərli maddələrdən (ammonyak, dimetilamin, nitrobenzol) mühafizə etmək üçün nəzərdə tutulmüşdur. QP-7 (QP-7V) əleyhqazlarının üzlük hissələrini santimetr bölgülü lent vasitəsilə başın üfüqi və şaquli çevrilmələrini ölçüb təyin etməklə seçirlər, şaquli çevrə - başı ,kəllə -yanaqlar –çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə ölçməklə müəyyən edilir. Əgər başın şaquli və üfüqi çevrələrini ölçmə nəticələrinin cəmi 118,5-121,0 sm-ə bərabərdirsə, bu maskanın 1-ci ölçüsünə, 121,5-126,0 sm 2-ci, 126,5 sm-dən artıqdırsa 3-cü ölçüsünə müvafiq gəlir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin