Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Radiasiya əleyhinə daldalanacaqlar. (RƏD)



Yüklə 0,67 Mb.
səhifə52/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   70
5. Radiasiya əleyhinə daldalanacaqlar. (RƏD)
Hətta sülh dövründə belə insanların həyatı və sağlamlığı üçün potensial
təhlükəli bir sıra obyektlər vardır: atom elektrik stansiyaları, radioaktiv maddələrlə işləyən laboratoriyalar və s. Belə obyektlərdə işləyən personalı mühafizə etmək üçün radiasiya əleyhinə daldalanacaqlardan istifadə edilir. RD və ya RƏD –daldalanan adamların, ərazidə radioaktiv zəhərlənmə zamanı ionlaşdırıcı şüalanmadan, zərbə dalğasının təsir dairəsində isə həmçinin dağılan konstruksiyaların qırıntılarından mühafizəsini təmin edən qurğulardır. Sığınacaqlarla müqayisədə RD daha geniş əhəmiyyətə malikdir. RD-nı müəssisələrinin əsas və yardımçı binalarının, müalicə ocaqlarının, ictimai və yaşayış binalarının zirzəmi və yarımzirzəmi hissələrində və 1-ci mərtəbələrində yerləşdirmək lazımdır.
RƏD –adamları RM-lə zəhərlənmədən, ionlaşdırıcı şüalanmadan, nüvə
partlayışının işıq şüalanmasından və maye damcıları şəklində olan bakterial və kimyəvi ZM-dən mühafizə etmək üçündür. RƏD kimi düzəldilmiş bina bu tələbləri ödəməlidir: onun divarları və üst örtüyü radioaktiv şüalanmanı 100-200 dəfə zəiflətməli, bina kip olmalı və adamların 1-2 gün fasiləsiz qalması üçün şərait yaradılmalıdır.
RD əsas və yardımçı otaqlardan ibarət olur. Əsas otaqlar : daldalanma otağı,
tibb məntəqəsi və lazımi hallarda - ana və uşaq otağı. Yardımçı otaqlar: sanitariya qovşağı, ventilyasiya otağı, çirklənmiş üst paltarları saxlamaq üçün otaqlar.
Daldalanma otağı – bura adamların xeyli müddət qala bilməsi üçün
minimal rahatlığı təmin etməlidir. Burada oturmaq və uzanmaq üçün yerlər düzəldilir ki, onların sayı daldalananların sayına uyğun olmalıdır. RƏD 20 kPa izafi təzyiqə davam gətirməlidir. Bir mərtəbəli RƏD-in hündürlüyü 1,9 m-dən az olmamalıdır, iki mərtəbəli RƏD 2,2 m, üçmərtəbəli isə 2,8 hündürlüyündə olmalıdır. Daldalanan hər insana 0,6m2 sahə düşür. Girişin eni 0,8 m-dən çox olmamalıdır. 50 nəfərlik RƏD –də bir giriş olur. Qəza çıxışının qapadıcı qapağının ölçüsü 0,7x 1,5 m olur.
FH-da RƏD-rı istismar tələblərinə müvafiq olaraq ventilyasiya, istilik, su,
kanalizasiya, işıq və rabitə ilə təmin edilir. RƏD-da təbii ventilyasiyadan istifadə edilməsi, təbii ventilyasiya kifayət etməyən hallarda isə süni (məcburi) ventilyasiya yaradılması nəzərdə tutulur.
Sığınacaqlardan fərqli olaraq RƏD-də yalnız təmiz ventilyasiya rejimi
nəzərdə tutulur. Daldalanacağa verilən havanın miqdarı hər adam üçün saatda 8-13m3 müəyyən edilir. Süni üsulla hər adam üçün saatda 3m3 hesabı ilə hava verilməsi nəzərdə tutulmuşdur. RƏD-də su təchizatı üçün xarici və daxili su kəmərlərindən istifadə edilməsi nəzərdə tutulmüşdur. Su kəsildikdə və qəza halları üçün hər adama sutkada 2L hesabı ilə səyyar su qabları qoyulacaq yerlər olmalıdır.
Tutumu 50 nəfərədək olan daldalanacaqlarda ancaq bir giriş yolu ola bilər. Belə hallarda şaquli pilləkəni və 0,6x 0,9 m ölçülü bacası, ya da 0,7 x 1,5 m ölçülü pəncərəsi olan köçürmə çıxış yolu nəzərdə tutulmalıdır.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin