Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır



Yüklə 0,67 Mb.
səhifə48/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   70
2. FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır.
1. Mühafizə tədbirləri AR-nin bütün ərazisində ərazi istehsalat prinsipi üzrə təşkil edilir. Respublikanın bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir.
2. Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal edilən FH-rın növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli surətdə planlaşdırılır və həyata keçirilir.
Bu məqsədlə, sülh dövründə baş verə biləcək FH-rın xarakteri və miqyası barədə proqnozlar əsasında,habelə müasir müharibələrin xüsusiyyətləri,başlanması variantları,müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə alınmaqla respublikanın ərazisi zonalara ayrılır.MM tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.
3. Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə edilməklə nail olunur ki, bu üsullardan ən əsasları - əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.
4. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və AR-nın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.
5. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsədyönlü və kifayətdir” prinsipi ilə müəyyən edilir. Bu prinsipdə aşağıdakılar nəzərdə tutulur:
-FH-da gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin optimal variantlarinin seçilməsi;
-MM vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndirilməsi
-Təhlükə yaranan dövrdə qabaqcadan təşkilati və mühəndis texniki tədbirlərin yerinə yetirilməsidir;
-MM obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi ;
-mühafizə vasitələrinin həm sülh ,həm də müharibə şəraiti üçün yararlığının təmin olunası;
-iqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində mühafizə məsələlərinə üstünlük verilməsi;

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin