Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Sığınacaqlar. Sığınacaqların əsas və köməkçi otaqları



Yüklə 0,67 Mb.
səhifə50/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   70
4. Sığınacaqlar. Sığınacaqların əsas və köməkçi otaqları.
MM-nin mühafizə qurğuları FH-da adamların daldalanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir. Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə təsnif olunur. Təyinatına görə:
- idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
- əhalinin mühafizəsi üçün qurğular;
Yerləşdirilməsinə görə:
- bina ilə birgə tikilən qurğular;
- metropolitendə və dağ-mədən faydalı qazıntılarının istismarından sonra qalan boşluqlarda və s;
Tikilmə müddətlərinə ;
-əvvəlcədən tikilən qurğular;
-teztikilən qurğular;
Yüklənən konstruksiyaların materialına görə;
-dəmir-beton konstruksiyalı qurğular;
-daş divarlı qurğular;
-meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular:
Mühafizə xassələrinə görə:
-sığınacaqlar;
-radiasiya daldalanacaqları
-sadə daldalanacaqlar
Sığınacaqlar mühafizə dərəcələrinə görə siniflərə, radiasiya daldalanacaqları isə radiasiyanı zəiflətmə dərəcəsinə görə qruplara ayrılır. Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur. Sığınacaqların bina ilə birgə tikilən və ayrı tikilən novləri ola bilər. Bina ilə birgə tikilən sığınacaqlar meydançadakı ən azmərtəbəli binaların altında yerləşdirilir. Birgə tikilən sığınacaqlar zirzəminin bütün sahəsində, ya da bir hissəsində yerləşdirilir, bəzən isə binanın hüdudarından kənara da çıxarıla bilər.
Binadan ayrı tikilən sığınacaqlar torpağa tam dərinləşdirilmiş, qismən dərinləşdirilmiş və yerdən hündür tikilə bilər. Belə sığınacaqlar monolit və ya yığma monolit dəmir-betondan tikilməli, üstü hündür torpaq qatı ilə örtülməlidir.
Əvvəlcədən tikilən sığınacaqlarda əsas və yardımçı təyinatlı otaqlar nəzərdə tutulur. Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan başqa bufet və sanitariya otaqları da olur. Əsas təyinatlı otaqlarda sığınma otaqları (SO), idarəetmə məntəqəsi (İM) və tibb məntəqəsi (TM) yerləşdirilir.
Sığınma otaqları (SO)-əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və üç mərtəbəli taxtlar (narlar) yerləşdirilən otaqlardır. Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 m2 – dan, ümumi sahəsi 75 m2 –dan az olmamalıdır. Adamların daldadalanması üçün otaqların sahəsi 2 mərtəbəli taxtlar qoyularkən hər adam üçün 0,5 m2, 3 mərtəbəli taxtlar qoyularkən isə 0,4 m2 hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 m3 olmalıdır. Otaqların hündürlüyü döşəmədən tavana qədər məsafə 3,5 m-dən çox olmamalıdır. Otaqğın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda 2 mərtəbəli taxtlar, bundan artıq olanda isə 3 mərtəbəli taxtlar qoyulmalıdır. Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 m x 0,45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 x 1,8 m hesabı ilə müəyyən edilir. Taxtların döşəmədən hündürlüyü 1-ci mərtəbədə 0,45m, 2-ci mərtəbədə 1,4m, və 3cü mərtəbədə 2,15m olmalıdır. Sığınacağın geniş sahəli otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin