Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,67 Mb.
səhifə51/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   70
İdarəetmə məntəqəsi (İM) – obyektin rəhbər heyətinin və MM qərargahının yerləşməsi üçündür. İM mühafizəli elektrik təchizatı mənbəyinə malik olan sığınacaqlardan birində yerləşdirilir. İM iş və rabitə otağından ibarət olur. İM-ni sığınacağın giriş yollarından birinin yaxınlığındakı otaqlarda yerləşdirilir. İM-də işləyən şəxslərin ümumi sayı ən çoxu 10 nəfər, hər adam üçün 2 m2 sahə hesablanır. İM-də işləyənlərin sayı 25 nəfərədək artırıla bilər.
Tibb məntəqəsi (TM) – sığınacaqdan daldalanan adamlara ilk tibbi yardım göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda TM sahəsi 9 m2 müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün TM sahəsi 1 m2 artırılır.
Sığınacağın yardımçı təyinatlı otaqlarında süzgəcli vintilyasiya otağı (SVO), sanitariya qovşağı (SQ), mühafizəli dizel elektrik stansiyası (DES), elektrik lövhəsi otağı (EL), balonlar anbarı (BA), tambur şlüzlər (), ərzaq anbarı (ƏA) və s. yerləşir.
SVO – sənaye tipli (stasionar) süzücü vintilyasiya avadanlığının yerləşdirilməsi üçündür. SVO sığınacağın xarici divarlarının yanında, giriş yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Sığınacaqlardakı otaqlara süzücü vintilyasiya sistemindən istifadə etməklə hava verilir.
Vintilyasiya rejimi 2 və ya 3 rejimdə işləyə bilər:

  • Təmiz vintilyasiya rejimində (I rejim)

  • Süzücü vintilyasiya rejimində (II rejim)

  • Içəridəki hava bərpa (regenirasiya) edilməklə tam təcrid olunma rejimi (III rejim)

Təmiz vintilyasiya rejimi – havanın lazımı dərəcədə dəyişdirilməsinin, bayırdan içəriyə verilən havanın tozdan, o cümlədən də radioaktiv tozdan təmizlənməsini, eləcədə istiliyin və rütubətin kənar olunmasını təmin etmək üçündür. Bu rejimdə sığınacağa verilən havanın miqdarı sığınacaq yerləşən iqlim zonasından asılı olur və TN və Q – II – 11 – 77 – nin tələblərinə uyğun hesablanır.
Süzücü ventilyasiya rejimi – sığınacağa verilən havanı ZM-dən, o cümlədən də GTZM-dən, bioloji vasitələrdən, RM-dən və adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı hər adam üçün saatda 2 m3 , İM-də işləyən adamlar üçün 5 m3və SVQ-yə xidmət edən hər bir işçi üçün 10 m3.
Tam təcrid olunma rejimi – sığınacaqdakı havanın tərkibinin bərpa edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya II zədələyici amillər sayəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi ehtimal edilən yerlərdəki sığınacaqlarda nəzərdə tutulur.
Ventilyatorlar – kənardan sığınacağa hava vermək üçündür. DES olmayan sığınacaqlarda əl elektrik ventilyatorları, DES olan sığınacaqlarda isə elektrik ötürücülü sənaye ventilyatorları tətbiq edilir.
Balonlar anbarı- III rejimə malik olan sığınacaqlarda quraşdırılır. Burada havanı oksigenlə zənginləşdirmək üçün hava balonları saxlanılıır. Balonlardan oksigen DKP –I-65 markalı reduktor vasitəsilə verilir. Balonlar otağı qonşu otaqlardan dəhlizlə (tamburla) ayrılır.
Sanitariya qovşaqları – kişilər və qadınlar üçün ayrılıqda layihələndirilir.
Su təchizatı xarici su kəməri və ya əlavə su şəbəkəsi hesabına nəzərdə tutulur, hər adama 3L hesabı ilə içməli su ehtiyatı saxlanılması nəzərdə tutulur. Su kəməri sistemi işləyərkən suya tələbat məhdudlaşdırılmır.
DES otağı –dizel elektrik aqreqatlarının və onların işlənməsini təmin edən xüsusi elektrik avadanlığının yerləşdirilməsi üçündür.
Ərzaq saxlanılan anbarlar – daldalanan hər 600 nəfər üçün bir anbar hesabı ilə daldalanacağın müxtəlif yerlərində düzəldilməlidir. Daldalanan adamların sayı 150 nəfər olarsa, ƏA- nın sahəsi 5m2 müəyyən edilir və bundan artıq hər 150 nəfər üçün anbarın sahəsi 3m2 artırılır.
Tambur-şlüzlər - sığınacağa girib-çıxarkən zəhərli havanın sığınacağa daxil olmasının qarşısını almaq üçündür. Tambur-şlüz giriş yollarından birində düzəldilir və adamların növbələrlə içəriyə buraxılmasını təmin edir. Tutumu 300- 600 nəfər olan sığınacaqlarda birkameralı, bundan artıq olan sığınacaqlarda isə ikikameralı tambur-şlüz düzəldilir.
Hər bir sığınacaqda iki giriş yolu və yeraltı lağımdan ibarət qəza- çıxış yolu olur. Tutumu 300 nəfərədək olan sığınacaqlarda 1 giriş, bu zaman 2-ci giriş kimi qəza çıxış yolundan istifadə edilməlidir. Onun daxili ölçüləri 1,2x2 m və qapı yerinin ölçüləri 0,8 x1,8 m olan lağım şəklində düzəldilməlidir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin