2. Bioloji vasitələrin vaxtında aşkar edilməsi. Mikroblar, bakteriyalar, viruslar, riketsialar, göbələklər, toksinlər İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen mikro orqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçüləri və bioloji təsirinə görə bakteriyalar viruslar, riketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinifinə bölünür.
Bakteriyalar – bir hüceyrəli orqanizmlərdir. Ölçüləri 0,5 mkm-dəm 8-10 mkm-ə qədərdir. 1 milli mayedə 550 mld bakteriya ola bilər. Əlverişli şəraitdə hər 20-30 dəqiqədə bakteriyalar 2-yə bölünür. Bakteriyaların tipik nümayəndələri – sibir xorası, tulyaremiya, vəba, taun və s. törədicilərdir. Bkteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiya edici müddətin təsirinə həssasdır.
Viruslar – mikroorqanizmlərin xüsusi sinfidir. Ölçüləri çox kiçikdir,canlı toxumadan kənarda yaşaya bilmir,buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200-dən artıq xəstəliyin səbəbi ola bilir.
Rikketsiyalar- mikroorqanizmlərin xüsusi qrupudur, viruslar və bakteriyalar arasında yer tutur. Quruluşuna, xarici görünüşünə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olmasına yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı xəstəliyinin törədicisidir.
Göbələklər- çox müxtəlif və geniş çeşiddə olan orqanizmlərdir. Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s. kimi xəstəliklər törədir.
Toksinlər- bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn, canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınmışdır. Toksinlər yüksək bioloji aktivliyə malikdir, botulizm toksinin 0,005-0,008 mq dozası ölümə səbəb olur. BS kimi kənd təsərrüfatı bitkilərinə zərər vuran həşəratlardan istifadə olunur. Kolorada böcəyi, sarança, hessen milçəyi belə həşəratlardandır.
BS məqsədilə taun, vəba, sibir xorası, təbii çiçək, tulyaremiya kimi xəstəliklərin törədicilərindən istifadə olunur.
Taun – kəskin infeksion xəstəlikdir. İnkubasyon dövrü 1-3 gündür. Xəstəlik kəskin başlayır: ümumi zəiflik, baş ağrısı, titrətmə, yüksək hərarət, huşun aydın olmaması ilə qeyd olunur. Xəstəliyi ağ ciyər forması daha ağırdır. Bu zaman döş qəfəsində ağrı bəlğəmli öskürək olur. Xəstə gücünü və huşunu itirir. Artan kəskin urək damar çatışmazlığı nəticəsində ölüm baş verir. Xəstəlik 2 gündən 4 günədək davam edir.
Vəba – ağır gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi vəba vibreonları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas əlamətləri - qusma, ishal, qıc olmadır. Ağır hallarda ölüm baş verir.
Sibir xorası - əsasən kənd təsərrüfatı heyvanlarının yoluxduğu, kəskin, infeksion xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu ilə yoluxur. Xəstəliyin dəri, ağ ciyər və bağırsaq formaları ayırd edilir. Sibir xorasının ağ ciyər forması ağ ciyərlərin spesifik iltihabı, hərarətin yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir və müalicə olunmadıqda 2-3 gündən sonra ölüm baş verir. Sibir xorasının bağırsaq formasında bağırsaqda xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma, ishal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir.