Qıcıqlandırıcı təsirin zəhərləyici maddələri (irritantlar) İrritantlar – iğtişaşlarların qarşıdının alınması məqsədilə istifadə olunan qıcıqlandırıcı (sternitlər) və gözyaşardıcı maddələr (lakrimatorlar) qrupuna aid edilir. Bu maddələr tez bir zamanda insanın duyğu orqanlarını qıcıqlandırır və ya fiziki pozğunluqlar yaradır, təsirindən sonra isə çox qısa müddətdə yox olur.
Bu sinifin əsas maddələri si-es (CS) və Si-ar (CR) və xlorasetofenon (CN) təşkil edir.
Si-es (CS) - ağ, bərk, az uçucu, istiot qoxulu kristallik maddədir. Suda pis, spirtdə qismən, aseton və xloroformada yaxşı həll olur. Döyüş vəziyyəti aerozoldur. Kimyəvi aviasiya bombalarının, artilleriya mərmilərinin, aerozol generatorlarının və tüstü qumbaralarının köməyi ilə tətbiq edilir. Müasir dövrdə CS maddəsinin CS-1 və CS-2 resepturaları şəklində istifadə olunması mümkündür.
Kiçik konsentrasiyalarda CS, gözlərdə və yuxarı tənəffüs yollarında qıcıqlandırıcı təsirə malikdir. Böyük konsentrasiyalarda dərinin açıq sahələrinin yanmasına səbəb olur, bəzi hallarda - tənəffüs, ürək iflici və ölüm baş verir. Zəhərlənmə əlamətləri: göz və sinə nahiyəsində güclü yanma və ağrı, güclü gözyaşarma, göz qapaqlarının qeyri-ixtiyari qapanması, asqırma, burunun axması (bəzən qanla), ağızda ağrılı yanma, yuxarı tənəffüs yollarında öskürək və sinə ağrısı. Zəhərlənmiş ərazidən çıxdıqdan və ya əleyhqaz geyindikdən sonra simptomlar 15-20 dəqiqə ərzində böyüməyə davam edir, sonra isə 1-3 saat ərzində tədricən azalır.
Si-ar (CR) - sarı rəngli kristal maddədir. Suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olunur. Döyüş tətbiqi CS-yə bənzəyir. CR-nin zəhərli təsiri CS-yə bənzəyir, lakin gözlərə və yuxarı tənəffüs yollarına daha güclü bir qıcıqlandırıcı təsir göstərir
Xlorasetofenon orqanizmə CS və CR kimi təsir göstərir, lakin daha az toksikdir.
Qıcıqlandırıcı ZM-lərlə zəhərlənmə zamanı əleyhqaz geyinmək lazımdır. Yuxarı tənəffüs yollarının güclü qıcıqlanması zamanı (güclü öskürək, yanma, boğazda ağrı) bir ədəd antimikrobioloji qarışıq olan ampulu əzmək və əleyiqaz maskasına altına daxil etmək lazəmdır. Zəhərli ərazidən çıxdıqdan sonra, ağzınızı, boğazınızı və gözləri təmiz su və ya 2% -li sodalı su ilə yuyun.