Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mövzu 7: Müasir (kütləvi) qırğın silahları. Nüvə silahı və onun zədələyici amilləri



Yüklə 0,67 Mb.
səhifə26/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   70
Mövzu 7: Müasir (kütləvi) qırğın silahları. Nüvə silahı və onun zədələyici amilləri.
Mühazirənin planı.

  1. Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə partlayışının növləri.

  2. Nüvə silahının zədələyici amilləri. Zərbə dalğası və işıq şüalanması.

  3. Radioaktiv çirklənmə. Radioaktiv çirklənmə ocaqlarında qismən və tam sanitariya təmizlənməsi. Dezaktivasiya.

  4. Elektromaqnit impulsu. Nüvə zədələnmə ocağı.

  5. Radiasiya kəşfiyyatı və nəzarət ölçü cihazlarının iş prinsipi və istifadə qaydaları.



1. Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə partlayışının növləri.

Nüvə silahı məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələnmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalenti partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partlayıcı maddənin tonla miqdarına deyilir. Müxtəlif nüvə silahının gücü bir neçə milyon tona qədər olur. İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. Nəticədə 313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artileriya toplarından istifadə etmək mümkündür. Nüvə silahlarını aşağıdakı kateqoriyalara bölmək olar:



  1. Atom bombası adlanan döyüş sursatları – bunların partlaması zamanı yalnız bir növ nüvə reaksiyası gedir və ağır element (uran və ya plutonium) daha yüngül nüvələrə çevrilir. Bunlar birfazalı və ya birpilləli nüvə silahları sayılır. Atom silahı partlayışının bütün enerjisi – ağır element atomlarının nüvələri parçalarkən baş verən zəncirvari reaksiya nəticəsində meydana çıxır (1 kq uran – 235 izotopunun bütün atom nüvələri bölünərkən alınan enerji təxminən 20 min ədəd 1 tonluq aviasiya bombası partladılan zaman alınan enerjiyə bərabərdir.


  2. Yüklə 0,67 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin