Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Dovlət və qeyri-dövlət ali, orta-ixtisas məktəbi tələbələrinə, texniki-peşə və ümumtəhsil məktəbləri şagirdlərinə MM -nin öyrədilməsi



Yüklə 0,67 Mb.
səhifə21/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   70
4. Dovlət və qeyri-dövlət ali, orta-ixtisas məktəbi tələbələrinə, texniki-peşə və ümumtəhsil məktəbləri şagirdlərinə MM -nin öyrədilməsi.
Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin MM hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və AR-nın FHN ilə razılaşdırılır. MM, MM və tibbi biliklərin əsasları fənni ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənnlər sayılır və tədris planına xüsusi fənnlər kimi daxil edilir. MM və tibbi biliklərin əsasları fənninin proqramə AR-nın “Mülki müdafiəsi haqqında qanununa, AR Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 ssaylı qərarına, AR Təhsil və Səhiyyə Nazirliklərinin və MM Qərargahının 18.02.1995-ci il tarixdə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” təlimata əsasən hazırlanmışdır. MM fənni tələbələrə insanların sağlamlığına mənfi təsir edə biləcək FH-rın növləri, onların baş vermə səbəbləri, gedişatı və nəticələri haqqında məlumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir. Son illər qeyd olunan FH-rın durmadan artması MM üzrə maariflənmə təlimlərinin əhəmiyyətini və aktualllığını bir daha sübut edir.
Tələbələrə MM-nin öyrədilməsi üzrə əsas məsələlər aşağıdakılardır:

  • Sülh və müharibə dövrlərindəki FH-da fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;

  • Tibbi biliklərin əsaslarına yiyələnmək və FH-da əməli olaraq tibbi yardım göstərməyi bacarmaq;

  • Ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində MM və tibbi – sanitariya fənnləri üzrəmə.ğələlər aparmağı bacarmaq;

Xüsusi fənn olmaqlaMM üzrə məşğələlər bütün ali təhsil məktəblərinin tələbələrinə iki semestr, tibbi biliklərin əsasları isə dörd semestr ərzində keçirilir.
Ali pedaqoji məktəb tələbələrinə təcrübə keçən dövrdə onlara MM və tibbi hazırlığı fənni üzrə məşğələlər aparılması da planlaşdırılır.
Ali məktəblərin tələbələri əyani 45 saat, qiyabi isə 15 saatlıq proqram üzrə hazırlanır. MM fənni imtahan verməklə qurtarır.
Ali təhsil məktəblərində MM kafedraları müvafiq məktəbin, nazirliyin rəhbərlərinin əmri ilə yaradılır. Onlar ümumi qaydalara müvafiq komplektləşdirilir. Hərbi kafedrası olan təhsil müəssisələrində isə MM proqramı üzrə dərslərin tədrisi hərbi kafedra müəllimləri tərəfindən aparılır. MM kafedraları müəllimlərinin bilikləri sahə təkmilləşdirmə tədris müəssisələrində respublikanın mərkəzi MM kursunda və müvafiq sazişlərə əsasən digər ölkələrin ixtisaslaşdırılmış tədris müəssisələrində təkmilləşdirilir.
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan məktəblərin 10-11 sinif şagirdlərinə, tələbələrinə MM “Gənclərin ibtidai hərbi hazırlıq proqramına” bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur.
MM fənni 2-ci sinifdə 6 saat, 5-ci və 6-cı siniflərdə isə 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur. Mülki müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli MM qərargahlarını nəzdində 3 günlük kurs keçirlər.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin