Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mövzu 5: Əhalinin mülki müdafiə sahəsində hazırlanması



Yüklə 0,67 Mb.
səhifə18/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   70
Mövzu 5: Əhalinin mülki müdafiə sahəsində hazırlanması.

Mühazirənin planı.


1. Əhalinin mülki müdafiə sahəsində hazırlanması qaydaları.


2. Obyektlərin rəhbər, komandir-rəis heyətlərinin, MM qüvvələrinin və MM mütəxəssislərinin hazırlanması.
3. İşçilərə və işləməyən əhaliyə MM biliklərinin öyrədilməsi.
4. Dovlət və qeyri-dövlət ali, orta-ixtisas məktəbi tələbələrinə, texniki-peşə və ümumtəhsil məktəbləri şagirdlərinə MM -nin öyrədilməsi.
5. MM – nin əməli məşğələləri, təlimləri və məşqləri.
1. Əhalinin mülki müdafiə sahəsində hazırlanması qaydaları
Əhaliyə sülh və müharibə dövrlərindəki FH-larda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi MM-nin əsas vəzifələrindən biridir. Bu vəzifə Az. Resp. Prezidentinin 700 saylı Fərmanı və NK-nin 193 saylı Qərarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Əhali MM-yə hazırlanarkən aşağıdakı əsas prinsiplər rəhbər tutulur:
- mühafizə işləri ölkənin 8 yaşdan yuxarı bütün əhalisinə öyrədilməlidir. Bu zaman 8-16 yaşlı şəxslərə FH-da mühafizə olunmağın üsul və qaydaları, 16 yaşdan yuxarı şəxslərə isə bundan əlavə qəzaların və fəlakətli hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
- FH-dan mühafizə qaydalarının və əhaliyə MM-nin öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifəsilə yanaşı MM üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.
- mühafizə məsələləri konkret yerli şəraiti, təsərrüfatların xüsusiyyətlərini və digər amilləri nəzərə almaqla əhalinin müxtəlif qruplarına fərqli surətdə öyrədilir. MM-nin tədrisi üçün ölkə əhalisi şərti olaraq 5 qrupa ayrılır: Rəhbər heyət; Hərbiləşmşmiş MM dəstələrinin komandir-rəis və sıravi heyətləri; MM dəstəıərinə cəıb olunmayan fəhlə, qulluqçu və kənd təsərrüfatı ışçiləri; istehsalat və xidmət sahəsində məşğul olmayan əhali; məktəbli gənclər.
- mühafizə bilikləri, qaydalar və üsullarının öyrədilməsi fasiləsiz və ardıcıl xarakter daşıyır. Obyektlərdə MM-nin öyrədilməsi işləri tədris qruplarında məşğələ aparmaq, mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə məşq və təlimılər vasitəsilə həyata keçirilir. Məşğələlərin mövzuları, keçirilməsi qaydası və vaxtı yerli şərat, istehsalatın xüsusiyyətlərini və öyrədilən şəxslərin hazırlıq dərəcəsini nəzərə almaqla müəyyən edilir. Tədris ili yanvardan başlayır və 10 ay davam edir. Hər il dekabr ayında MMQ gələn tədris ili üçün “Obyektdə rəhbər heyətin, dəstələrin, fəhlə və qulluqçuların MM-yə hazırlanması planı tərtib edir”. Plan bu barədə rayon MM rəhbərinin əmri və sahə üzrə yuxarı idarənin direktivi əsasında tərtib olunur, bu zaman hazırlıq proqramları, həmçinin MM kurslarında rəhbər heyətlərin toplanışdan keçməsi barədə tapşırıqlar da nəzərə alınır.
Obyektdə MM üzrə hazırlıq planlaşdırılarkən konkret olaraq bu iki sənəd tərtib edilməlidir: 1. “Keçən ildə MM hazırlığının yekunları və yeni tədris ilində bu sahədə vəzifələr haqqında” obyekt MM rəhbərinin əmri. 2. “Tədris ilində rəhbər heyətin, MM dəstələrinin, fəhlə və qulluqçuların MM hazırlığı üzrə əsas tədbirlərin təqvim-planı”.
Obyekt MM rəhbərinin əmri cari ildə hazırlığın nəticələrini təhlil edən qısa yekunlaşdırıcı hissədən və gələn ildə bu sahədəki vəzifələri müəyyən rdən cərəncamdan ibarət olur. Yekun hissədə obyektin il ərzində MM-yə hazırlanmasının ümumi vəziyyəti, o cümlədən obyektdə hazırlığa cəlb edilən hər bir kateqoriya üzrə tədrisin, təlim və məşqlərin nə dərəcədə keyfiyyətli keçirildiyi göstərilir.
Respublikanın əhalisinə mühafizə biliklərinin öyrədilməsində MM təbliğatına geniş yer verilir. MM təbliğatı sülh və müharibə dövrlərindəki FH-larda mühafizənin üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir. MM təbliğatında KİV-in və digər dövlət və ictimai təşkilatların imkanlarından səmərəli istifadə olunmalıdır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin