2. Obyektlərin rəhbər, komandir-rəis heyətlərinin, MM qüvvələrinin və MM mütəxəssislərinin hazırlanması.
Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə MM orqanları tərəfindən keçirilən tədris metodiki toplanışlarda kadrların ixtisas artırma üzrə təhsil müəssisələrində və MM kurslarında yerinə yetirilir. Obyektlərdə rəhbər komandir-rəis heyətləri və işçilərdən habelə tələbələrdən ibarət hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyətinin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. Rəhbər, komandir rəis heyətlərinin ixtisas artırma institutlarında və MM kurslarında hazırlanmasına isə müvafiq proqramlar həcmində vaxt ayrılır. Onlar həmçinin tədris ili ərzində ən çoxu 5-7 gün istehsalatdan ayrılmala keçirilən məşğələlərdə, məşqlərdə toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin olunandan sonra hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər.
MM rəhbər heyəti və mütəxəssisləri mərkəzi MM və Naxçıvan Muxtar Respublikasının MM kurslarında ali məktəblərin MM müəllimləri pedaqoji kadrların ixtisasının və yenidən hazırlanması institutunda ixtisasartırma kursundan keçirlər, hərbi MM mütəxəssisləri isə Azərbaycan Respublikası mərkəzi MM kursunda, hərbi məktəblərdə, habelə müvafiq sazişlərə əsasən xarici ölkələrin müəsisələrində hazırlanırlar. MM mütəxəssisləri və müəllimləri ali məktəblərdə yaradılmış müvafiq fakültələrdə də (kafedralarda) xüsusi proqram üzrə hazırlana bilər. Rəhbər heyətkadrları ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələrində təhsil alan ili MM kurslarında hazırlığa cəlb edilmir.
Hərbiləşdirilməmiş MM dəstələri komandir-rəis heyətinin və MM xidmətləri mütəxəssislərinin hazırlığı istehsalatdan ayrılmaqla hər üç ildən bir MM kurslarında, habelə tədris metodiki toplanışlarda ixtisas artırma kurslarında, xalq təsərrüfatı obyektlərində isə MM dəstələrinin şəxsi heyəti ilə birlikdə aparılır. Onların əsas hazırlıq üsulu əməli məşğələ və məşqlərdir ki, burada lazımi ixtisas vərdişləri yaradılır və təkmilləşdirilir. MM dəstələri və xidmətlərinin ayrı-ayrı mütəxəssisləri hər il 2-3 gün istehsalatdan ayrılmaqla məşğələlərdə, toplanışlarda da hazırlana bilər.
MM dəstələrinin hazırlanmasında məqsəd-xilasemə işləri və digər mühafizə tədbirləri yerinə yetirilərkən şəxsi heyəti həmahəng fəaliyyət göstərməyə hazırlamaq, o cümlədən belə hallarda dəstə komandirlərinə dəstəni idarə etməyi, sıravi heyətə isə texniki və cihazlardan istifadə etməklə iş aparmağın üsul və qaydalarını öyrətməkdir.
Dəstənin hazırlığı 9 saatlıq ümumi mövzuların, 6 saatlıq ixtisas mövzularının öyrədilməsindən və 8 saatlıq taktiki-ixtisas təliminin keçirilməsindən ibarətdir. 15 saatlıq proqram bütün dəstələrə hər il öyrədilir, taktiki-ixtisas təlimi isə təhlükəli obyektlərin ixtisaslaşdırılmış dəstələri üçün hər il tədris ilinin sonunda, qalan dəstələr üçün üç ildən bir kompleks obyekt MM təlimləri və ya obyekt MM məşqləri ilə birgə keçirilir.
İxtisas dəstələri və ixtisaslaşdırılmış dəstələrin və bölmələrin bütün komandirlərini proqramın ümumi mövzuları üzrə hazırlamaq üçün obyektdə vahid tədris qrupu yaradılır. İxtisas üzrə mövzular isə eyni adlı dəstə və bölmələrin komandirlərindən ibarət qruplarda ayrı-ayrılıqda öyrədilir. Bütün bu qruplarda məşğələləri obyektin MM qərargahı rəisi və baş mütəxəssislər aparırlar.
Dəstələrin sıravi heyətlərilə həm ümumi, həm də ixtisas hazırlığı üzrə məşğələləri bu dəstələrin komandirləri aparırlar. MM dəstələrinin hazırlığı əməli məşğələ və ya məşq keçirməklə başa çatdırılır və hər bir dəstənin hazırlığına qiymət verilir.