Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Sadə daldalanacaqlar (SD)



Yüklə 0,67 Mb.
səhifə53/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   70
6. Sadə daldalanacaqlar (SD).
SD zərbə dalğasının və radioaktiv şüalanmanın təsirini zəiflədir, işıq şüalanmasından və dağılan binaların qırıntılarından mühafizə edir. SD ən qısa müddətdə düzəldilən üstüaçıq və ya üstüörtülü xəndəklərdən, səngərlərdən, qazmalardan ibarət olur. SD mühafizə qurğuları kifayət qədər olmadıqda əhalinin sayına müvafiq olaraq iş və yaşayış yerlərində düzəldilir.
Sadə açıq daldalanacaqlar - üstüaçıq yarğanlardır, dərinliyi 1,8-2,0 m olan, eni yuxarı hissədə 1,0- 1,2m, aşağıda isə 0,8m-dir. SD-ın uzunluğu hər adama 0,5 m hesabı ilə müəyyən edilir.
Üstüörtülü SD-ın dərinliyi 2m-ə qədər, eni yuxarı hissədə 1,0-1,2 m, aşağı hissədə 0,3-0,9m, tutumu isə 10-50 nəfər olur. Lakin nəzərə almaq lazımdır ki, hətta üstü örtülü səngərlər belə ZM və BV-dən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda əleyhqazlardan istifadə etmək lazımdır.SD elə yerlərdə düzəldilməlidir ki, oranı qar və yağış suları basa bilməsin. SD-lar adamların bir və iki cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula bilər. SD - hərəsinin uzunluğu 10-15 m olan bir-birinə nisbətən bucaq altında yerləşən bir neçə düz xətli sahələrdən ibarət xəndəkdir. SD-ğa giriş yeri qapısı olan pilləli maili eniş formasında düzəldirlər. Onun uzunluğu 2,0-2,5 m götürülür və üstündə 70-80 sm enində sipər düzəldilir. SD-lara giriş yerlərində qoruyucu qapılar qoyulur. Üst örtük və divarların örtüyü 70-80 sm qalınlıqda torpaq qatının ağırlığından yaranan yükə, torpağın yandan təzyiqinə və zərbə dalğasının torpağın səthinə göstərdiyi 0,5-1,0 kq/sm2 izafi təzyiqə davam gətirməlidir. Ventilyasiya SD-ların baş tərəflərində qoyulan havaverici və sorucu qutular vasitəsilə təmin edilir. Sadə daldalanacaqlarda işıq vasitələri olmalıdır. SD arasında məsafə 10 metrdən az olmamalıdır. SD inşa edilməsi qısa müddətdə aparılmalıdır.
Sülh dövründə aşağıdakılardan qorunub saxlanması təmin edilməlidir:
- bütünlükdə qurğunun, həm də onun müxtəlif elementlərinin mühafizə xassələri;
- bütün mühafizə qurğusunun hermetikliyi və hidroizolyasiyası;
- mühəndis texniki avadanlığı və onun istənilən vaxt müharibə dövründə istismara keçirilməsi imkanı.
Nisbi rütubət 65-75 faizdən artıq olmamalı və psixrometr ilə ölçülməlidir. Sığınacağa radiasiya və kimya kəşfiyyatı cihazları qoyulur. Adamlar bu siqnallar üzrə mühafizə qurğularında daldalanacaqlar:
- “Hava həyəcanı”
- “radiasiya təhlükəsi”
- “kimya həyəcanı”
Hər bir adam mühafizə qurğusuna FMV-ni də götürüb gəlməlidir. Yaşayış yeri üzrə daldalanan əhali özlərilə lazımi ərzaq ehtiyatı da götürməlidir.
Daldalanan adamlar mühafizə qurğularından bu hallarda çıxarılır:
- “Hava həyəcanı qurtardı “ siqnalına əsasən;
- qurğuda müəyyən olunmuş qalma müddəti qurtaranda;
- qurğunu növbə ilə tərk etmək məcburiyyəti yarananda;

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin