Mövzu Özəl mühafizə fəaliyyətinin hüquqi tənzimlənməsi



Yüklə 404,74 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix02.01.2022
ölçüsü404,74 Kb.
#44983
1   2   3   4   5   6   7   8   9   10   11
Xüsusi-taktiki-hazırliq

                                            Qanaxmalar: 

       Qanaxmalar 3 qrupa bölünür: 

    1.Arterial qanaxmalar. 

    2.Venoz qanaxmalar. 

    3.Kapilyar qanaxmalar. 

       Bu qanaxmaların təhlükə dərəcəsidə eyni ardıcıllıqla müəyyən edilir.Sonuncu 

 qrup bir o qədər təhlükəli olmasada,1 və 2 qrup xüsusilə arterial qanaxma həyat 

üçün çox təhlükəlidir.Əgər qanaxmanın qarşısı alınmazsa qısa vaxt ərzində insan 

həyatını itirə bilər.Mühafizəçi bu kimi halla rastlaşarsa,əl altı vasitələrdən isti- 

fadə edib,(kəmər,qalstuk,kəndir və.s.) ilk növbədə zədə yerini möhkəm sıxıb 

bağlamalı və təcili tibbi yardım çağırmalıdır.Çalışmaq lazımdır ki,zərərçəkmiş 

maksimum az hərəkət etsin və təhlükəsiz yerdə olsun. 

      Venoz və kapilyar qanaxmalar bir o qədər təhlükə kəsb etmədiyi üçün, 

yaranı yuyub yumşaq sarğı ilə bağlamaq kifayətdir.Lazım gələrsə həkimə 

müraciət oluna bilər. 

 

                                           Travmalar: 



       Travmalara əsasən aşağıdakılar aid edilir: 

      1.Açıq sınıqlar. 

      2.Qapalı sınıqlar. 

      3.Çıxıq. 

      4.Vətər dartınması. 

          Acıq sınıqlar çox zaman xarici və daxili qanaxma ilə müşahidə olunur. 

  Bu zaman xəsarət yerinin hərəkətini maksimum məhdudlaşdirmaq və təcili 

tibbi yardım çağırmaq lazımdır.Travma yerinə hər hansı fiziki müdaxilə etmək 

olmaz. 

10.         Travmalar zamanı möhkəm və yümşaq sarğılardan istifadə olunur.Sarğı- 




10.    lar zədə almış sahənin hərəkətini minimuma endirmək üçündür.Çünki travma 

yerinin hərəkətdə olması dözülməz ağrılara səbəb olurki,bu ağrıda da şok halına 

düşməyə səbəb ola bilər. 

     Açıq sahədə,çöl şəraitində xidmət aparan mühafizəçilər ilan və yaxud digər 

zəhərli həşəratlarn sancma hadisəsi ilə üzləşə bilərlər.Belə halda yara nahiyəsini 

dezinfeksiya etməli,zərərçəkmiş şəxsin hərəkətsiz qalmasını təmin etməli,(hərəkət 

zamanı qan dövranı tezləşir,bu da zəhərin bədənə tez yayılmasına səbəb olur) 

və dərhal tibb məntəqəsinə çatdırılmasını təmin etməlidir.Yara yerini kəsmək, 

bağlamaq və yaxud ora başqa müdaxilə etmək olmaz. 

 

                                     HÜQUQ HAZRLIĞI:    



 

     Azpərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri:  

    Az.Res.inzibati  xətalar  qanunvericiliyinin  vəzifələri  insan  və  vətəndaş 

hüquqlrını,onların sağlamlığını,içtimai qaydanı və içtimai təhlükə,ətraf mühiti, 

idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati 

xətaların qarşısını almaqdan ibarətdir. 

                                  İnzibati məsuliyyətin əsasları: 

    Yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli 

hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli 

(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 

                         İnzibati xətalar qanunvericiliyinin prinsipləri: 

    Bu məcəllə ilə insan və vətəndaş hüquqlarına hörmət edilməsi,qanunçuluq, 

qanun qarşısında bərabərlik,təqsirsizlik prezumpsyası,ədalətlilik və inzibati 

xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 

                          Qanun qarşısında bərabərlik prinsipi: 

    İnzibati xəta törətmiş şəxslər irqindən,milliyətindən,dinindən,dilindən, 

cinsindən,mənşəyindən,əmlak vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən 

və digər hallarından asılı olmayaraq qanun qarşısında bərabərdilər.Bu maddədə 

nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati 

məsuliyyətdən azad oluna bilməz. 

 

                                      İnzibati xəta anlayışı: 



     Bu məcəllə ilə qorunan içtimai münasibətlərə qəsd edən,hüquqazidd olan, 

təqsirli təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati 

məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab 

olunur.Bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati 

məsuliyyət o halda yaranır ki,bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 

 

                                               Son zərurət:  



      Bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə 

uyğun olsa da,son zərurət vəziyyətində,yəni şəxsin özünün və ya başqa şəxsin 

həyatını,sağlamlığını və ya hüquqlarını,dövlətin və ya cəmiyyətin mənafeyini 

qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət,əgər həminur 

vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün  



11.     deyildirsə bə bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, 

    bu inzibati xəta hesab olunmur. 

    Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə,habelə həmin təhlükənin 

    aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və  

    vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son 

    zərurət həddini aşma sayılır. 

 

                                            Zəruri müdafiə: 



       Bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə 

uyğun olsa da,zəruri müdafiə vəziyyətində,yəni özünü müdafiə edənin və ya  

başqa şəxsin həyatına,sağlamləğına və ya hüquqlarına,dövlətin və ya cəmiy- 

yətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən  

qruyarkən edilmiş hərəkət,zəruri müdafiə həddini aşmamışdırsa,inzibati 

xəta hesab olunmur.Qəsdin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə 

açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini 

aşmaq hesab edilir. 




Yüklə 404,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin