qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları
Özəl mühafizə fəaliyyətini həyata keçirərkən mühafizəçilərə yalnız
mühafizə olunan obyektlərin hüdudlarında bu Qanunla və AR-nın digər normativ
hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvənin,habelə
xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin tətbiqinə icazə verilir.Bu Qanunun
tələblərinə uyğun olaraq fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi yaranmış
təhlükəyə mütənasib olmalıdır.
Mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı
şərtlərə riayət etməlidir:
-insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət və
ya zəruri müdafiə vəziyyətində,bütün diğər təsir imkanlarından istifadə lazımi
nəticə vermədikdə,hüquq pozuntusunun xarakterindən və içtimai təhlükəlilik
dərəcəsindən asılı olaraq tətbiq edilməlidir;
-öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə
tətbiq etmək niyyəti barədə buraxılış və obyektdaxili rejim qaydalarını pozan
şəxslərə xəbərdarlıq etməlidir.
-bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın ğöstərilməsini təmin
etməlidir;
-fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər hansı bir halda
bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq
orqanlarına məlumat verməli və özəl mühafizə müəssisəsinin rəhbərinə
ətraflı yazılı məlumat hazırlanmalıdır;
-mühafizə olunan obyektə qrup halında və ya silah islətməklə basqın
edildiyi,o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla
qadınlara,azyaşlılara,yanında azyaşlı uşaqlar olan,əlilliyi,yaxud digər
fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə,habelə insanların
toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin
və ya xüsusi vasitələrin tətbiqi qadağandır.
6.
-fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal
barədə mühafizəçi tərəfindən təqdim olunmuş məlumat əsasında
özəl mühafizə müəssisəsinin rəhbəri xidməti yoxlama aparmalı
və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanuna uyğun olub
olmaması barədə müvafiq rəy hazırlanmalıdır.Fiziki qüvvə və ya xüsusi
vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy
mühafizə müəssisəsinin rəhbəri tərəfindən 3 gün müddətinə müvafiq içra
hakimiyyəti orqanına və prokurorluq orqanlarına təqdim olunur;
-mühafizəçinin öz səlahiyyətlərini,zəruri müdafiə və ya son zərurət
hədlərini,habelə cinayət (inzibati xəta) törətmiş şəxsin tutulması üçün
zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə və ya xüsusi vasitə
tətbiq etməsi qanunvericiliyə müvafiq olaraq cinayət,inzibati,mülki-
hüquqi və intizam məsuliyyətinə səbəb olur.
Dostları ilə paylaş: |