Mühafizə müəssisəsi bu qanununn 5-ci maddəsində nəzərdə tutulan mühafizə
xidmətlərini göstərən,müvafiq qaydada dövlət qeydiyyatından kecmiş və müvafiq
icra hakimiyyəti orqanından xüsusi razılıq (Lisenziya)almış hüquqi şəxsdir.
Mühafizə bölməsi hüquqi şəxsin öz mühafizəsini təmin etmək məqsədilə
tərkibində yaradılan, müvafiq icra hakimiyyəti orqanından alınmış xüsusi
razılıq (Lisenziya) əsasında fəaliyyət göstərən struktur qurumdur.
Mühafizəçi, xüsusi hazırlıq keçmiş,bu qanunla müəyyən edilmiş qaydada
özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək
müqaviləsi ilə işləyən Azərbaycan Respublikasının vətəndaşıdır.
Mühafizə olunan obyekt,özəl mühafizə müəssisəsi və ya bölməsi tərəfindən
hüquqa zidd qəsdlərdən mühafizə edilən daşınmaz və burada yerləşən daşınar
əmlaka deyilir.
Buraxılış rejimi,şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan
Obyektə nəzarətsiz girişi (çıxışı),habelə bu obyektə əmlakın nəzarətsiz çıxarıl-
ması imkanlarını istisna edən qayda və tədbirlərin məcmusudur.
Obyektdaxili rejim,mühafizə olunan obyektin hüdudlarında müəyyən
edilən qayda və tədbirlərin məcmusudur.
Özəl mühafizə fəaliyyətinin əsas prinsipləri:
Özəl mühaizə fəaliyyəti qanunçuluq,humanizm,insan və vətəndaş hüquq
və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir.Özəl mühafizə fəa-
liyyəti dövlət orqanları,o cümlıdın hüquq-mühafizə orqanlarının fəaliyyətini
məhdudlaşdırmamalı,üçüncü şəxslrin hüquq və azadlıqlarını pozmamalıdır.
Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar
Göstərilən mühafizə xidmətlərinin növləri:
- mühafizə olunan obyektlərin qorunması;
- mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin
edilməsi;
- Mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıq
larının layihələşdirilməsi,quraşdırılması və istismarı ilə əlaqədar texniki
xidmətlərin göstərilməsi;
- hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi
şəxslərə tövsiyələrin hzırlanması.
Özəl mühafizə fəaliyətinin xüsusiyyətləri:
Bu qanunun 5-ci maddəsində göstərilən mühafizə xidmətləri yalnız bu
məqsədlə təsis edilmiş,müvafiq xüsusi razılıq almış özəl mühafizə müəssisəsi
və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən həyata keçirilə bilər.
2
Özəl mühafizə fəaliyyəti dövlət mühafizə fəaliyyəti dövlət mühafizə obyektlə
rinə,siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən və dövlət
orqanları tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir.
Özəl mühafizə müəssisəsi
Özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi şəxsin
dövlət qeydiyyatı haqqında şəhadətnaməsi,nizamnamə və özəl mühafizə fəaliy-
yətini həyata keçirmək üçün xüsusi razılıq əsasında fəaliyyət göstərir.
Özəl mühafizə müəssisələri sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul
ola bilməz.
Özəl mühafizə müəssisəsi mühafizə xidmətlərinin göstərilməsi üçün fiziki
və ya hüquqi şəxslərə mülki qanunvericiliklə və bu qanunla müəyyən edilmiş
qaydada yazılı formada müqavilə bağlanmalı və müqavilədə aşağıdakılar
göstərilməlidir:
-tərəflər haqqında məlumatlar,o cümlədən özəl mühafizə müəssisəsinə
verilmiş lisenziyanın nömrəsi və verildiyi tarix.
-özəl mühafizə müəssisəsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin
növləri.
-tərəflərin hüquq və vəzifələri.
-göstərilən mühafizə xidmətlərinin qiyməti.
-müqavilənin bağlandığı tarix və qüvvədə olduğu müddət.
-müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.
-müqavilə,onun icrası ilə bağlı materiallar və digər sənədlər özəl mühafizə
mühafizə müəssisəsi tərəfindən müqavilənin qüvvədə olduğu,lakin 3 ildən
az olmayan müddətdə saxlanılmalıdır.
Dostları ilə paylaş: |