2. TEXNİKİ VƏ YANĞINDAN MÜHAFİZƏ HAZIRLIĞI
8.
Yanğın əleyhinə mübarizə mühafizə xidmətinin əməkdaşları tərəfindən
sistemli şəkildə obyektlərin təyinatı nəzərə alınmaqla həyata keçirilməlidir.
Bu işdə müvafiq səlahiyyətli orqanların əməkdaşları ilə də sıx əlaqə qurulmalıdır.
Profilaktik tədbirlər:
Profilaktik tədbirlərin əsas məqsədi aşağıdakılardır:
-baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması,onları yaradan
səbəblərin aradan qaldırılması üçün qabaqlayıcı profilaktik tədbirlərin
həyata keçirilməsi;(ərazinin quru otdan,tullantılardan təmizlənməsi,
elektrik naqillərinin və qaz avadanlıqlarının vəziyyətinin yoxlanılması və.s.)
-yanğın hadisəsi zamanı onun fəsadlarının aradan qaldırılması,insanların və
əmlakın təxliyyə olunması,vaxtında yanğınsöndürənlərin çağırılması və
yanğının söndürülməsi üçün tədbir görmək.
Əsas profilaktik iş ondan ibarətdir ki,yanğın təhlükəsi olan işlərə nəzarət
profilaktik tələblərə əməl olunsun,əməkdaşlara yanğın təhlükəsizliyi üzrə xüsusi
təlimlər keçirilsin,stasionar və avtomatik yanğınsöndürmə avadanlığının daima
hazır və düzgün vəziyyətdə,o cümlədən yanğına qarşı su təminatı,rabitə avadanlığı
saz vəziyyətdə saxlanılsın.
Üsul və avadanlıqlar
Yanğının söndürülməsi praktikasında yanmanın qarşısının alımasının
aşağıdakı üsulları mövcuddur:
-yanğın baş verən yerin havadan izolyasiya olunması və yanğın olan
yerin yaxınlığında hava kütləsinin miqdarını yanma prosesini saxlaya
biləcək miqdara kimi çatdırmaq lazımdır;
-yanğın baş verən mərkəzdə havanın tempraturunun aşağı salınmasına
cəhd göstərməli,intensiv şəkildə yanmaya təkan verən kimyəvi reaksiya-
ların qarşısı alınmalı,alovun mexaniki yolla söndürülməsi;
-alovdan müdafiə sədlərinin yaradılması;
Bütün idarə müəssisələr aşağıda adları göstərilən yanğınsöndürmə
avadanlıqları ilə təchiz olunmalıdır:
2 köpüklü yanğınsöndürmə aparatı,1 yeşik qum,1 oda davamlı sıx
kətan parça, odadavamlı baqr, lom,balta,bel,vedrə və su çəlləyi.
Yanğın zamanı mühafizəçinin hərəkət ardıcıllığı:
-yanğından mühafizə xidmətinə məlumat vermək;
-zərərçəkmiş varsa ilk tibbi yardım göstərmək və lazım gələrsə tibbi
yardım çaxırmaq;
-insanların təhlükəli ərazidən çıxarılmasını təmin etməli;
-yanğına səbəb olmuş əşyayi dəlilləri mühafizə etməklə yanaşı,
9. alovun qarşısının alınması üçün cəld və təxirəsalınmaz tədbir görməli;
-baş vermiş hadisə barədə obyektin və mühafizə müəssisəsinin rəhbər-
liyinə ətraflı məlumat vermək.
Mühafizəçi xidmət aparadığı ərazidə obyektin işçilərindən yanğından
mühafizə və digər təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir,
aşkar etdiyi nöqsan və çatışmamazlıq barədə obyekt rəhbərliyinə məlumat
verir.
3.İLK TİBBİ YARDIM
Mühafizəçilərin ilk tibbi yardım göstərmək bacarığı xidmət vaxtı vacib
amillərdən biridir.İlk tibbi yardımın vaxtında və düzgün göstərilməsi bir çox
hallarda zərərçəkmişin həyatının xilas olunması deməkdir.İlk tibbi yardımı
göstərməzdən öncə bədən xəsarətinin nə dərəcədə yüngül və yaxud ağır
olmasını müəyyən etməli və ona uyğun olaraq hərəkət etmək lazımdır.
Bəzən xəsarətə uyğun olmayan tibbi müdaxilə edilməsi, ağır nəticələrə
gətirib çıxara bilər.
Dostları ilə paylaş: