Mövzu Özəl mühafizə fəaliyyətinin hüquqi tənzimlənməsi


Mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda



Yüklə 404,74 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix02.01.2022
ölçüsü404,74 Kb.
#44983
1   2   3   4   5   6   7   8   9   10   11
Xüsusi-taktiki-hazırliq

                  Mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda 

                  tətbiq oluna bilər: 

          -mühafizəçilərin həyat və sağlamlığına real təhlükə törədən basqınları 

           dəf etdikdə; 

          -mühafizə olunan obyektə və ya mühafizəçilərə bir qrup şəxs tərəfindən 

           və ya silah,yaxud silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə 

           törədilən hücumun qarşısını alarkən,belə hücumun qarşısını digər üsul- 

           larla almaq mümkün olmadıqda; 

          -fiziki şəxsin həyat və sağlamlığı və ya mülkiyyət əleyhinə cinayət  

           törədən zaman yaxalanan şəxslər qaçmağa cəhd göstərdikdə və ya silahlı 

            müqavimət göstərəciyini ehtimal etmək üçün kifayət qədər əsas olduqda 

             həmin şəxslər saxlanılarkən,digər vasitələrlə onların saxlanılması mümkün 

            olmadıqda; 

-  saxlanılan şəxslər mühafizəçinin xidməti otağına və ya hüquq-mühafizə 

            orqanına gətirilərkən müqavimət göstərdikdə; 

 

 




7. 

            -mühafizəçinin qanuni tələblərini yerinə yetirməyən nəqliyyat vasitəsinin 

             sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda; 

            -mühafizəçinin xüsusi vasitələrini ələ keçirmək cəhdinin qarşısını aldıqda; 

 

                Özəl mühafizə fəaliyyətində texniki vasitələrdən istifadə edilməsi: 



            -özəl mühafizə fəaliyyətini həyata keçirərkən texniki və digər vasitələrdən 

            istifadə insanların hüquq və azadlıqlarını pozmamalı,onların həyat və 

            sağlamlığına,habelə ətraf mühitə zərər vurmamalıdır; 

            -mühafizə olunan obyektlərdə texniki vasitələrdən istifadə mühafizə olunan 

            obyektlərin mülkiyyətçilərinin yazılı razılığı ilə həyata keçirilir; 

           -özəl mühafizə fəaliyyətini həyata keçirərkən gizli qaydada informasiya  

            alınması üçün nəzərdə tutulmuş,bu məqsədlə uyğunlaşdırılmış  

            texniki vasitələrdən istifadə olunması qadağandır. 

           -radiostansiyadan istifadə edərkən efirdə xidmətə aid olmayan danışıqlar 

             aparmaq,digər xidmət sahələrinin tezliklərindən istifadə etmək qadağandır.             



           -texniki vasitələrin saxlanılması,daşınması,istifadə edilməsi üçün kənar 

             şəxslərə həvalə edilməsi qanuna müvafiq qaydada məsuliyyətə səbəb olur. 

             


Yüklə 404,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin