Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Kiçik məktəbli yaşı dövründə baş verən konfliktlər



Yüklə 255,76 Kb.
səhifə79/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   75   76   77   78   79   80   81   82   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Kiçik məktəbli yaşı dövründə baş verən konfliktlər.

Kiçik məktəblilərdə özünəməxsus qısamüddətli emosional yaşantılar xarakterikdir. Burada, əlbəttə ki, söhbət uşağın dərin itkilərdən və ona daima əzab verən qıcıqlandırıcılardan söhbət getmir. Emosional keçiricilik (başqa şeyə cəlb edilmək) və yüksək konformluq kiçik məktəblinin psixikasını qoruyur. Lakin kiçik məktəbli yaşındakı şagirdlərin yaşantılarının qısamüddətli olması müəllimlərə onların unudulacağı bəhanəsilə uşaqlara təzyiq göstərməsinə əsas vermir.


Bu yaş dövrünün daha bir psixoloji xüsusiyyəti ondan ibarətdir ki, uşaqların valideynlərin, xüsusilə də müəllimlərin qayğısına ehtiyacı var. Sinifdə mürəkkəbləşən istənilən konfliktli situasiyada onlar məhz müəllimdən kömək və dayaq umurlar. Əgər kiçik məktəblinin gözləmələri həyata keçmirsə, o, özünün emosional yaşantıları ilə baş- başa qalırsa və ya müəllimdən anlaşılmazlıq, hətta neqativ münasibət görürsə, onda bu, uşaqda güclü itkilərə səbəb olur.
Kiçik məktəbli yaşı dövründə konfliktlər həm də şagird və müəllimlər arasında baş verir.Kiçik məktəblilərlə müəllimlər varasındakı konfliktin başlıca səbəbi müəllimin avtoritar rəhbərlik üslubudur.
Bu yaşda pedaqoji konfliktlərin ikinci qrup səbəbləri, ənənəvi olaraq, müəllimin öz şagirdlərini müəyyən stereotiplərə uyğun qavraması ilə əlaqədardır. Psixoloqların gəldiyi qənaət bundan ibarətdir ki, onların əsasında bir qayda olaraq şagirdlərin uğuru dayanır.
Konfliktlərin digər səbəbi kiçik məktəblilərin uğurlarının qiymətləndirilməsi situasiyasında ö qeyri – obyektiv qiymətləndirmədə (çox yüksək və ya aşağı), müxtəlif cavablara eyni qiymətin verilməsində və s. özünü göstərir.
V.İ.Juravlevin fikrincə, bu problemin həlli həm pedaqoji qiymətləndirmədə vahid kriteriyanın olmamasına görə, həmdə müəllimin şəxsiyyəti ilə əlaqədar olan subyektiv amillərin qiymətə təsir etməsinə görə mürəkkəbləşir.
Müəllimin qiymətlərdən kişik məktəbliyə hədə - qorxu gəlmək məqsədilə istifadə etməsi, bir qayda olaraq uşaqların gözündə onların müəyyən bilik səviyyəsini, eləcə də bacarıq və vərdişlərin formalaşmasının göstəricisi kimi ıhəmiyyətinin azalmasına gətirib çıxarır.
Konfliktlərin digər səbəbləri müəllimlərin qeyri – etik, yersiz və kobud davranışı, şagirdin mənəvi cəhətdən alçaldılması, sözlə təhqir edilməsi və hətta ona əl qaldırılması ilə əlaqədardır..Belə hallar uşağın psixikasına, uğurlarına və müəllimlərə münasibətinə hədsiz dərəcədə neqativ təsir göstərir, şagirdlərin müəllimi avtoritet kimi qavramasına mane olur. Müasir təhsildə bu qəbuledilməzdir.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin