1.Pedaqoji konflikt anlayışı, onun səbəbləri və növləri 2.Kiçik məktəbli yaşı dövründə baş verən konfliktlər 3.Yeniyetməlik yaşı dövründə baş verən konflikt situasiyalar 4.Böyük məktəbli yaşı dövründə baş verən konfliktlər 5.Pedaqoji konfliktlərin aradan qaldırılması yolları
ƏDƏBİYYAT
1.Əliyev B., Əliyeva K., cabbarov R. Pedaqoji psixologiya. Bakı., 2011 2.Həmzəyev M.Ə.Pedaqoji psixologiya.Bakı., “Maarif”, 1991. 3.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı., 2002 4.Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı., 2001. 5.Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı., 1998 6.Əliyev B., Cabbarov R.Təhsildə şəxsiyyət problemi.Bakı., 2008 7.Выготский Л. С. Педагогическая психология. М., 1996 8.Демидова И.Ф. Педагогическая психология. Ростов на Дону., 2003
1.Pedaqoji konflikt anlayışı, onun səbəbləri və növləri
Təhsik prosesinin müxtəlif situasiyalarında baş verən pedaqoji konfliktlər bu fəaliyyətin optimal təşkilinə həmişə maneçilik yaradır. Ortaya çıxan konfliktlərin və ya ziddiyyətlərin orta həddini, bir tərəfdən rəhbərlik (təhsil sisteminin müxtəlif səviyyəli rəhbərləri) və müəllimlər arasındakı, digər tərəfdən rəhbərlik və valideynlər arasındakı, müxtəlif təhsil müəssisələri və şagirdlər arasındakı ziddiyyətlər təşkil edir.
Pedaqoji fəaliyyətdə aşağı səviyyədə ziddiyyətlər “müəllim – müəllim” və “valideyn – şagird” münasibətlərində özünü göstərir. Psixoloqlar belə konfliktləri şaquli konfliktlərə aid edirlər.
Pedaqoji fəaliyyətin və sosial – pedaqoji prosesin hər bir səviyyəsində şaquli konfliktlərlə yanaşı üfüqi konfliktlər də mrydana çıxır.Pedaqoji fəaliyyətdə üfüqi konfliktlərin orta səviyyəsinə üəllim – valideyn”, “müəllim -müəllim”, “valideyn – valideyn” tipli konfliktləri aid etmək olar.Aşağı səviyyədə konfliktlər isə təlim fəaliyyətində “şagird-şagird” tipli münasibətlərdə üzə çıxır. Ziddiyyətlərin bu istiqaməti əksər hallarda ümumi orta təhsil sistemindəki əsas qarşılıqlı təsir növü kimi səciyyələndirilir.
Cəmiyyət və təhsilin qarşılıqlı təsiri zamanı meydana çıxan konfliktlərin yaranma səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-davamlı və məqsədyönlü yeni təhsil siyasəti (təhsil sisteminin inkişaf strategiyası) konsepsiyasının olmaması;
-təhsil sisteminin maliyyə və maddi – texniki təminatının yetərsizliyi;
Bununla belə təhsil işçilərinin maaşlarınıən aşağı olması onları əlavə işlər axtarmağa sövq edir ki, bu da pedaqoji prosesin neqativ xarakterindən xəbər verir.Orta məktəbin müəllim kollektivi üçün konfliktlərin aşağıdakı səbəbləri daha xarakterikdir: bir – birinə taktik münasibətlərin olmaması, dərs cədvəlinin əlverişli olmaması, məktəbə yeniliklərin tətbiq olunmaması, pedaqoji yüklərin qeyri – bərabər şəkildə bölünməsi, inzibati və maddi sui – istifadə.
Müəllim mühitində və münasibətlərində konfliktlərin əksəriyyəti dərs yükü problemindən yaranır.
“Müəllim – valideyn” münasibətlərində konfliktlərin yaranma səbəbi bilavasitə şagirddir. Müəllimlər bir qayda olaraq, valideynləri uşaqların təlim – tərbiyə prosesindən kənarda qalmaları ilə, valideynlər isə öz növbəsində müəllimləri uşaqlara münasibətdə səriştəsizlikdə təqsirləndirirlər.
Psixoloqların qənaətincə “şagird – valideyn” tipli konfliktlər aşağıdakı səbəblərdən yaranır:
-şagirdlərin dərslərini pis oxuması
-münasibətlərdə kobud və səbrsiz olmaq
-uşaqların müstəqillik üçün mübarizəsi, valideynlərin uşaqların xahiş və tapşırərlarını yerinə yetirməmələri
-ailədə sosial – psixoloji mühitin uğursuzluğu
Pedaqoji fəaliyyətlə məşğul olan psixoloqların fikrincə, “müəllim –şagird” tipli konfliktlərin yaranmasında aşağıdakı amillər mühün rol oynayır:
-dərsdə intizamın pozulması
-ev tapşırıqlarının yaxşı yerinə yetirilməməsi
Şagirdlərin fikrincə, müəllimlərlə konfliktlər aşağıda qeyd olunan səbəblərdən yaranır:
-müəllimlər tərəfindən təhqir olunma, kobudluq, səbrsizlik;
-bilikləri qiymətləndirərkən qeyri obyektivlik;
-müəllimin dərsinin maraqsız olması;
- ev tapşırıqlarını hazırlamamaq;
-dərs buraxmaq.
Adətən, konfliktlərin strukturunda konfliktin strukturuinda konfliktin tərəflıəri, konfliktin həyata keçmə şəraiti, konfliktli situasiya obrazları, konflikt iştirakçılarının mümkün hərəkətləri, konfliktli hərəkətlərin nəticələri və s.
Konfliktin həyatya keçmə şəraiti - konfliktin yarandığı və inkişaf etdiyi şəraitdir. Özünəməxsus strukturu, dinamikaya, norma və sanksiyalara, ierarxik dəyərlərə və s. malik müxtəlif sosial qruplardakı sosial – psixoloji mühit onun əsas tərkib hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, obyektiv gerçəklik konfliktli davranışı öz -= özünəyaratmır. Yəni konfliktli davranışın yaranması üçün məhz bu obrazların konflikt yaradan tərəflərdə mövcud olması gərəkdir.
Konflikt iştirakçılarının mümkün hərəkətlərinin təhlilinə əsasən, qeyd etmək lazımdır ki, konfliktli situasiya obrazları mürəkkəbləşərək konflikt iştirakçılarının mümkün hərəkətlərini təşkil edir.
Konfliktlərin nəticələri dedikdə, konfliktli hərəkətlərin nəticələri başa düşülür. Konfliktin lazımi formada inkişafı müəyyən mərhələlərdən keçir:
-Obyektiv konfliktli situasiyanın yaranması;
-Obyektiv konfliktli situasiyanın dərk olunması;
-Konfliktli davranışa keçid;
- Konflikttin həlli.
Göstərilən konflikt mərhələlərinin mahiyyətini aydınlaşdırmağa çalışaq.
Birinci mərhələdə tərəflər obyektiv olaraq konfliktli situasiyanı dərk etmirlər.Bu səbəblərdən də bu konflikt mərhələsini potensial konflikt mərhələsi adlandırırlar.
Konfliktin inkişaf dinamikasının ikinci mərhələsində tərəflərin obyektiv konfliktli situasiyanı dərk etməsi baş verir. 3.
Konfliktli hərəkətlər başlanğıcda konfliktin emosional fonunu kəskinləşdirir, emosiyalar da öz növbəsində konfliktli davranışı stimullaşdırır.
Qeyd olunmalıdır ki, konfliktlərin M.Doya tərəfindən irəli sürülmüş tipologiyası konfliktlər haqqında daha geniş məlumat verir. Onlar aşağıdakılardır: