Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə83/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   79   80   81   82   83   84   85   86   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Dialoq. Dialoqa həm məqsəd, həm də vasitə kimi baxmaq olar. Dialoqun birinci mərhələsində opponentlər arasında kommunikasiya təşkil olunur. İkinci mərhələ - mübahisəli sualların müzakirəsi və konfliktin tənzimlənməsi üçün qarşılıqlı şəkildə qəbul olunan üsulların axtarılması vasitəsidir. Pedaqoji prosesdə biz hamımız monoloqa adət etmişik. Hamımız işimizdə toplananları söyləyərkən qarşımızdakını dinləmirik. Dialoqda isə başlıca olaraq yalnız danışmaq və dinləmək yox, eləcə də həmkarını eşitmək və dinlənilmək imkanı öz əksini tapır.
Dialoq zamanı aşağıdakı qaydalara əməl etmək lazımdır:
-Opponentə münasibətdə düzgünlüyə, nəzakətə riayət etmək
-Lüzumsuz yerə opponentin sözünü kəsməmək, əvvəl onu dinləmək sonra danışmaq
-Öz nöqteyi nəzərini zorla qəbul etdirməmək, bununla bərabər həqiqəti axtarmaq;
-Öz mövqeyini müdafiə etməkdə qətiyyətli olmaq, özlüyündə şübhələnməyi bacarmaq;
-Öz sübutlarında eşitdiklərinə yox, faktlara əsaslanmaq;
-Həqiqətin açılmasına kömək edən sualların düzgün şəkildə verilməsinə cəhd etmək.
Dialoq gedişində opponentlərin münasibətləri, mövqeləri, fikirləri, məqsədləri bir – birinə aydın olur. Bunun sayəsində də onlar daha çox məlumatlı olurlar və mürəkkəbləşən kofliktli situasiyanı daha yaxşı başa düşürlər. Əgər mübahisənin konkret səbəbləri və mənbələri aydınlaşarsa, onda konfliktin tənzimlənməsinin sonuncu mərhələsinə keçmək olar.
5.Qarşılıqlı təsir- Konfliktin tənzimlənməsində sonuncu mərhələdir. Əslində, qarşılıqlı təsir qavrayış, dialoq, birgə fəaliyyətin digər növlərini və ünsiyyəti əks etdirir. Ancaq burada qarşılıqlı təsir anlayışı altında bütün opponentlərin konfliktin həllinə yönəlmiş birgə fəaliyyəti başa düşülür.
Konfliktli situasiyaların həlli sahəsində İ.F. Demidovun 3 variantda irəli sördüyü tövsiyyələri maraq doğurur:
-Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli
-Şagirdlər arasında müəllimin vasitəçi olduğu konfliktlərin həlli
-Müəllim və valideynlər arasındakı konfliktlərin həlli
Onları daha ətraflı nəzərdən keçirək.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin