Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli. Əgər müəllim hər hansı konflikti həll etmək istəyirsə, onda o, şagirdi dərsdən sonra saxlamalı və onunladialoq şəklində qarşılıqlı təsir təkil etməlidir.
Bunun üçün o, aşağıdakı şərtlərə əməl etməlidir: -Əgər müəllim sual verirsə, onda həmkarın ona cavab verməsini gözləmək
-Əgər müəllim öz nöqteyi nəzərini bildirirsə, şagird buna öz münasibətini bildirməli
-Əgər müəllim onun dedikləri ilə razılaşmırsa, onda şagirdi bunun axtarışına həvəsləndirməlidir
-Söhbət gedişində fasilə vermək,bütün “kommunikativ sahə”ni yalnız müəllimin zəbt etməsinə çalışmamaq.
Şagirdlər arasında müəllimin vasitəçi olduğu konfliktlərin həlli. Basitəçi kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmır, iştirakçıları dostlaşdırır, onların ünsiyyətində konstruktiv elementləri inkişaf etdirir.
Vasitəçilik metodikası 4 addımdan ibarətdir:
Mərhələ.”Danışıq üçün zaman ayırmaq” Bu mərhələdə basitəçi iştirakçılara danışıq üçün zaman və məkan tapmağa kömək edir.
Mərhələ. “Konfliktin həllinin mütəşəkkil planlaşdırılması”. Danışığın lap əvvəlində düzgün “yanaşma” vacib əhəmiyyət kəsb edir. Vasitəçinin əsas məqsədi odur ki,, həm özünün həm də digərlərinin mümkün səhvdən yayınmasına kömək etsin.
Mərhələ. “İnciklik obyektini müəyyənləşdirmək” və problemi dəqiq və dürüst şəkildə ifadə etmək.
Mərhələ. “Daha münasib razılığın əldə edilməsi”. Əldə olunmuş razılığı sinifdə elan etmək. Bir müddətdən sonra nəticənin həyata keçirilməsi müzakirə edilir.
Müəllim və valideynlər arasında konfliktlərin həlli.Valideynlərin konfliktin həllində mövqeyi bir neçə formada özünü göstərir: Müdafiəçi;Təcavüzkar; Çaşqın.
Müəllim və valideynlər arasındakı konfliktlərin həlli üç mərhələdən keçir:
1.Valideynlərlə ünsiyyətin birinci mərhələsi. Bu mərhələdə valideynin emosional təsirə müqavimət göstərməsi müşahidə olunur. Bunun üçün onu situasiyadan emosional – psixoloji cəhətdən uzaqlaşdırmaq lazımdır.