A.İ.Gertsen göstərir ki, şagirdlərə təkcə müəllimin biliyi deyil, onun şəxsiyyəti də ruhi keyfiyyətləri də əsaslı təsir edir. Görkəmli rus pedaqoqu və psixoloqu K.D.Uşinski bu cəhətə xüsusi diqqət yetirərək yazır: “Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır. Çünki tərbiyənin gücü yalnız insan şəxsiyyətinin canlı mənbəyindən nəşət edir.Heç bir nizamnamə və proqram, heç bir süni yaradılmış müəssisə, nə qədər mahiranə düşünülsə də tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz”. Müəllim şəxsiyyəti uşağın əqlinin, hiss və iradəsinin inkişafına, onun həyatına əsaslı təsir göstərir. Müəllimin şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil, məktəbi qurtardıqdan sonrakı dövrdədə həmin şagirdlərin şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir. Belə ki, bəzən orta məktəbinsonuncu siniflərində oxuyan oğlan və qızlar sevimli müəllimlərini özləri üçün ideal seçirlər. Hər bir sahədə olduğu kimi şəxsiyyətinin keyfiyyətlərinə görə də öz müəllimlərinə oxşamağa çalışırlar. Sevimli müəllimlərinin şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir. Ona görə də müəllim şəxsiyyətində elə müsbət keyfiyyətlər formalaşmalıdır ki, onlar şagirdlər üçün əsil nümunə götürüləcək obyekt olsun.
.Müəllimin pedaqoji bacarıq və qabiliyyətləri
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən, müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də onun pedaqoji bacarıq və qabiliyyətləridir.
Müəllim təkcə dərin biliyə, geniş dünyagörüşünə malik olmaqla, öz fənnini fərtəfli mənimsəməklə kifayətlənməməlidir. O, eyni zamanda bildiklərini, öyrəndiklərini, tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacarmalıdır. Hər fənnin özünəməxsus xüsusiyyətləri, çətinlikləri vardır. Ona görə də müəllim öz fənnini yaxşı bilməklə, onu şagirdlərə çatdırmaq yollarına da yiyələnməlidir.
Bəs müəllim konkret olaraq hansı pedaqoji bacarıq və vərdişlərə yiyələnməlidir? Prof.A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu ümumpedaqoji bacarıq və vərdişləri 4 qrupa bölür: