Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


İdrak nəzəriyyəsini və pedaqoji elmi mükəmməl əxz etməli



Yüklə 255,76 Kb.
səhifə55/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   51   52   53   54   55   56   57   58   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.İdrak nəzəriyyəsini və pedaqoji elmi mükəmməl əxz etməli;
3.Ayrı – ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmalı;
4.Şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməlidir.
Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.
Müəllim şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubu və s. ilə xarakterizə olunur.
Müəllim şəxsiyyətində qeyd olunan keyfiyyətlərlə yanaşı onun fərdi – psixi xassələri də həlledici yer tutur. Buraya müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, xarakterini, emosional iradi və əqli xüsusiyyətlərini də daxil etmək olar.
Müəllim şəxsiyyəti eyni zamanda özünün yaradıcılıq mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllimin yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı təfəkküründə,orijinal tapıntılarında ifadə olunur.
Müəllim şəxsiyyətinin strukturunda özünü göstərən psixi halətlərə və proseslərə gəldikdə onlar epizodik xarakter daşıyır, bir növ şəxsiyyətin yaranmasında ehtiyat rolunu oynayırlar.Nəhayət, müəllim şəxsiyyətinin strukturunda təcrübə, bilik, bacarıq, vərdiş və adətlər də özünəməxsus yer tutur və onun fəaliyyətinin səmərəliliyində mühüm rol oynayır.
2.Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu.

Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə malik olan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə malikdir. Həmin keyfiyyətlər fəaliyyət prosesində tədricən şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir. Müəllim şəxsiyyətində özünü göstərən bu cür əlamətlərə qısaca nəzər salaq.


Qabaqcıl müəllimlərin şəxsiyyətini təhlil etdikdə onların yüksək insani keyfiyyətlərə malik olduğunu görürük. Qabaqcıl müəllimlərin iş təcrübəsini nəzərdən keçirdikdə onlarda yüksək şürluluq, əxlaqi keyfiyyətlər, həqiqi inam, ümumi mədəniyyət və s kimi keyfiyyətləri müşahidə edirik. Pedaqoji qabiliyyətlərlə birlikdə bu keyfiyyətlər müəllimə öz fəaliyyətində müvəffəqiyyət qazanmaq imkanı verir.
Pedaqoji işin müvəffəqiyyəti üçün müəllimdə dözümlülük, hövsələnin olması zəruridir. Əgər müəllim özünü ələ ala bilmirsə, o, sinfi də ələ ala bilməyəcəkdir. Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi bacarmalıdır.
Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun təvəzökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək lazımdır. Bunlar həqiqi müəllimə xas olan müsbət keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət qazansa da, hələ çox iş görmək lazım gəldiyini başa düşür.
Pedaqogika tarixinə nəzər saldıqda görkəmli pedaqoq və ictimai xadimlərin müəllim şəxsiyyətinin uşaqların təlim və tərbiyəsində, o cümlədən onlarda şəxsiyyətin təşəkkülündə mühüm rol oynaması barədə fikirlərinə rast gəlirik.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin